Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

QAZKONDENSAT QUYULARININ QUYUDİBİ ZONASININ MÜXTƏLİF TƏRKİBLİ QAZLARLA İŞLƏNMƏSİ İLƏ ONLARIN MƏHSULDARLIĞININ ARTIRILMASI ÜSULU

QAZKONDENSAT QUYULARININ QUYUDİBİ ZONASININ MÜXTƏLİF TƏRKİBLİ QAZLARLA İŞLƏNMƏSİ İLƏ ONLARIN MƏHSULDARLIĞININ ARTIRILMASI ÜSULU

(Abasov M.T., Abbasov Z.Y., Calalov Q.İ., Feyzullayev X.A., Həmidov N.N., Rzayeva V.H.) #32 (2005)

Xülasə
 
 
Məqalədə dərin qazkondensat yataqları şəraiti üçün qazkondensat quyuların quyudibi zonasının “quru” qazla və tərkibində azot və yaxud karbon qazı olan qazlarla işlənməsi prosesinin təqribi modelləşdirilməsi üsulu verilmişdir.
MÜRƏKKƏB REOLOJİ XÜSUSIİYYƏTLİI LAY PARAMETRLƏRİNİN QUYULARIN HİDRODİNAMİK TƏDQİQATI MƏLUMATLARINA ƏSASƏN TƏYİNİ HAQQINDA

MÜRƏKKƏB REOLOJİ XÜSUSIİYYƏTLİI LAY PARAMETRLƏRİNİN QUYULARIN HİDRODİNAMİK TƏDQİQATI MƏLUMATLARINA ƏSASƏN TƏYİNİ HAQQINDA

(M.T.Abasov, Z.A.Kərimov, D.R.Mirzəyeva) #32 (2005)

Xülasə
 

Süzülmə sürətinin və təzyiqin relaksasiyası nəzərə alınmaqla özlü-elastiki mayenin elastiki layda süzülməsi, elastiki mayenin sürüşkən və relaksasiyalı sıxılan laylarda Darsi qanunu ilə süzülməsi modelləri üçün quyudibi təzyiqin bərpası məlumat­larına əsasən layın süzülmə və relaksasiya parametrlərinin tapılmasına imkan verən düsturlar alınmışdır.

QEYRİ SƏLİS MƏLUMATLAR ŞƏRAİTİNDƏ FLÜİDLƏRİN SÜZÜLMƏ PROSESSLƏRİNİN MODELLƏŞDİRİLMƏSİ VƏ LAY PARAMETRLƏRİNİN İDENTİFİKASİYASI

QEYRİ SƏLİS MƏLUMATLAR ŞƏRAİTİNDƏ FLÜİDLƏRİN SÜZÜLMƏ PROSESSLƏRİNİN MODELLƏŞDİRİLMƏSİ VƏ LAY PARAMETRLƏRİNİN İDENTİFİKASİYASI

(M.T.Abasov, Q.İ.Calalov, T.M.İbrahimov, V.S.Məmiyev, X.A.Feyzullayev) #32 (2005)

Xülasə
 
İşdə qranilyar, çatlı və çatlı-məsaməli mühitlərdə işlənmə dövründə yataqların flüid­lərin qərarlaşmamış süzülməsi şəraitində süxuru və flüidi xarakterizə edən parametrlərin lay təzyiqindən asılı olaraq dəyişməsini nəzərə almaqla riyazi modellərin parametrik identifikasiya üsulu təklif edilmişdir.
İdentifikasiya məsələlərinin həlli işdə təklif olunan üç variantda variasiya qoyuluşlarına gətirilməklə realizə olunmuşdur.
Təklif edilən üsul əsasında düz və tərs məsələləri həll edən proqramlar kompleksi yaradılmışdır.   
NEFTEMALI VƏ NEFTKİMYASI ARALIQ MƏHSULLARININ NEFT VERİMİNİN İNTENSİVLƏŞDİRİLMƏSİNDƏ İSTİFADƏ OLUNMASI MÜMKÜNLÜYÜNÜN TƏDQİQİ

NEFTEMALI VƏ NEFTKİMYASI ARALIQ MƏHSULLARININ NEFT VERİMİNİN İNTENSİVLƏŞDİRİLMƏSİNDƏ İSTİFADƏ OLUNMASI MÜMKÜNLÜYÜNÜN TƏDQİQİ

(M.T.Abasov, R.Ə.Musayev) #32 (2005)

Xülasə
 
 
Fiziki-kimyəvi üsulların quyudibi lay zonasına təsiri müxtəlif əmtəə kimyəvi maddələrin tətbiqi ilə əlaqədardır. Lakin bu maddələrin azlığı və yaxud onların maya dəyərlərinin baha olması Azərbaycan Respublikasının neft sənayesi sahəsində tətbiqini məhdudlaşdırır. Bunu nəzərə alaraq bir çox neftemalı və neftkimyası prosesləri aralıq məhsulları təhlil edilmiş və kompleks tədqiqatlarla onların neft veriminin intensivləşdirilməsinin müxtəlif sahələrində tətbiqini təmin etmək üçün lazımı tövsiyyələr hazırlanmışdır.
Tədqiq edilmiş aralıq maddələr sistemləşdirilmiş və onların konkret tətbiq sahələri müəyyənləşdirilmişdir. Bu məhsullar əsasında işlənmiş yeni texnologiyaların neft yataqla­rında tətbiqi yüksək səmərə vermişdir.