Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

KİÇİK QAFQAZDA (AZƏRBAYCAN) LATIASTRAEA CİNSİNİN ERKƏN KİMERİC NÖVLƏRININ TAPILMASI HAQQINDA

KİÇİK QAFQAZDA (AZƏRBAYCAN) LATIASTRAEA CİNSİNİN ERKƏN KİMERİC NÖVLƏRININ TAPILMASI HAQQINDA

(İ.H.Fəridi) #33 (2005)

Xülasə
 
 
Məqalədə Latiastraea Beauvais cinsinin tərkibi, geoloji və coğrafi yayılması öz əksini tapmışdır. Hal-hazırda Latiastraea cinsinin 12 növü məlumdur. Cinsin nümayəndələri Sakit okean və Alp qırışıqlıq qurşaqlarında yayılmışdır. Əsasən üst Yura-alt Təbaşir çöküntülərində rast gəlinir. Azərbaycanda Kiçik Qafqazın şimal-şərq hissəsində yerləşən üzvi qurumlardan bu cinsin aşkar edilmiş 1 məlum və 2 yeni növünün təsviri verilir.
SEYSMİK TƏHLÜKƏLİ RAYONLARDA BİNA VƏ QURĞULARIN LAYİHƏLƏNDİRİLMƏSİ VƏ İNŞAAT MƏRHƏLƏSİNDƏ SEYSMİK RİSKİN AZALDILMASI MƏSƏLƏLƏRİ

SEYSMİK TƏHLÜKƏLİ RAYONLARDA BİNA VƏ QURĞULARIN LAYİHƏLƏNDİRİLMƏSİ VƏ İNŞAAT MƏRHƏLƏSİNDƏ SEYSMİK RİSKİN AZALDILMASI MƏSƏLƏLƏRİ

(L.C.Əyyubova) #33 (2005)


Xülasə
 
 
Məqalədə seysmik təhlükəli rayonlarda ərazinin seysmikliyindən asılı olaraq zəlzələyə davamlı tikinti istehsalının təkmilləşdirilməsi tədqiq olunmuşdur. Tədqiq olunan   Şəki - İsmayıllı ərazisinin geoloji quruluşu, seysmikliyi və bu bölgədə iqtisadi baxımdan zəlzələyə davamlı tikintinin xüsusiyyətləri göstərilmişdir.   
CƏNUBİ XƏZƏR ÇÖKƏKLİYİNİN QƏRB BORTUNUN ÜST BAKI YARIMMƏRTƏBƏSİNİN BÜTÖV ÇÖKÜNTÜ TSİKLİNİN ARDICILLIĞI VƏ OSTRAKODLARIN KƏMİYYƏT ANALİZİ

CƏNUBİ XƏZƏR ÇÖKƏKLİYİNİN QƏRB BORTUNUN ÜST BAKI YARIMMƏRTƏBƏSİNİN BÜTÖV ÇÖKÜNTÜ TSİKLİNİN ARDICILLIĞI VƏ OSTRAKODLARIN KƏMİYYƏT ANALİZİ

(E.F.Əmirov) #33 (2005)

Xülasə
 
 
Məqalədə çöküntü toplanma sikllərinə və ostrakodların kəmiyyət tərkibinin dəyişmələrinə diqqətlə baxılıb. Litoloji tərkibdən asılı olaraq ostrakoda komplekslərinin dəyişmələri dəqiqliklə göstərilib.
Həmçinin Cənubi Xəzər çökəkliyinin Qərb bortunda aparılan çöl işləri göstərirki burada çox təkrarlanan çöküntü toplanma sikli var. Bütövlükdə sedimentasiya şəraiti dayaz-şelf kimi interpritasiya olunur. Bu kəsilişdə mikrofauna çox saylı ostrakoda növlərindən ibarətdir, buda onu göstərirki, vaxtilə onların yaşaması üçün Xəzər dənizi hövzəsində çox yaxşı iqlim şəraiti olub. Gələcəkdə paleoiqlimi rekonstruksiya etmək məksədiilə ostrakodların dəqiq keyfiyyət analizini etmək nəzərdə tutulur.
GÜMBULÇAY KOLÇEDAN-POLİMETAL TƏZAHÜRÜNÜN (BÖYÜK QAFQAZ) LİTOKİMYƏVİ ANOMALİYALARININ ƏSAS MORFOLOJİ VƏ GEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ

GÜMBULÇAY KOLÇEDAN-POLİMETAL TƏZAHÜRÜNÜN (BÖYÜK QAFQAZ) LİTOKİMYƏVİ ANOMALİYALARININ ƏSAS MORFOLOJİ VƏ GEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ

(P.A.Əliyeva) #33 (2005)

Xülasə
 
 
Balakənçay və Gümbulçay çayları arasında yerləşən Gümbulçay təzahüründə anomal geokimyəvi sahə morfologiyasına, ölçülərinə və intesivliyinə görə Katex yatağına oxşardır. Bu sahənin daxilində litokimyəvi anomaliyalar kompleks tərkibə malikdir. Katex yatağın­dan fərqli olaraq, burada onlar oreollarda qurğuşun və qalayın daha yüksək miqdarı, sinkin, misin, kobaltın isə daha kicik miqdarı ilə səciyyələnir. Bu göstərici və həmçinin zonallıq əmsalının böyük ədədi qiyməti tədqiqat aparılan təzahürün ərazisinin erozion kəsiminin səviyyəsinin Katex yatağındakına nisbətən aşağı olmasını göstərir. Anomal geokimyəvi sahənin morfologiyası, kompleks tərkibi, anomaliyarın uzanması boyu əhəmiyyətli dərəcədə inkişaf etməsi, eninə istiqamətində isə kəskin təzadlılığı, zonalıq əmsalının yüksək ədədi qiymətləri əsasında bu sahənin dərin horizontlarında sənaye əhəmiyyətli qalenit-sfalerit-pirit tərkibli gizli filizləşmənin aşkar edilməsinin mümkünlüyü haqqında nəticə çıxarılır.