Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

QUSAR-DƏVƏCİ ÇÖKƏKLİYİNİN PALEOGEN-MİOSEN ÇÖKÜNTÜLƏRİNDƏ NEFT YATAQLARININ ƏMƏLƏ GƏLMƏSİNİN STRUKTUR-TEKTONİK ŞƏRAİTLƏRİ HAQQINDA

QUSAR-DƏVƏCİ ÇÖKƏKLİYİNİN PALEOGEN-MİOSEN ÇÖKÜNTÜLƏRİNDƏ NEFT YATAQLARININ ƏMƏLƏ GƏLMƏSİNİN STRUKTUR-TEKTONİK ŞƏRAİTLƏRİ HAQQINDA

(Qocayev A.H.) #33 (2005)

BAKI ARXİPELAQININ ŞİMAL-QƏRB HİSSƏSİNDƏ PALÇIQ VULKANLARININ NEFT-QAZ YATAQLARININ İŞLƏNİLMƏSİNƏ TƏSİRİNİN ÖYRƏNİLMƏSİ

BAKI ARXİPELAQININ ŞİMAL-QƏRB HİSSƏSİNDƏ PALÇIQ VULKANLARININ NEFT-QAZ YATAQLARININ İŞLƏNİLMƏSİNƏ TƏSİRİNİN ÖYRƏNİLMƏSİ

(İ.A.Qasımov) #33 (2005)

Xülasə

 
Püskürmədən əvvəl və sonra hasilatın dəyişməsi geoloji-mədən və faktiki məlumatlardan istifadə edərək riyazi üsulların köməyi ilə müqayisəsi edilmiş, uzun müddət istismarda olan yataqların işlənilməsinin səmərəli başa çatdırılmasında, neft hasilatının və lay parametrlərinin kəskin dəyişmələrinin öyrənilməsi mümkünlüyünə baxılmışdır.  
BALAKƏN-ZAQATALA VİLAYƏTİNİN SEYSMİK TƏHLÜKƏLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA

BALAKƏN-ZAQATALA VİLAYƏTİNİN SEYSMİK TƏHLÜKƏLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA

(T.T. İsmayıl-zadə) #33 (2005)


Xülasə
 
 
Məqalədə Balakən-Zaqatala vilayəti ərazisində zəlzələlərin tərahürünə dair makro­seysmik və instrumental məlumatların analizi verilmişdir.
Müəyyən edilmişdir ki, qeydə alınan yerli zəlzələnin intensivliyi əsasən VII-VIII bal, maksimal maqnitudu M » 4,5 olur. Balakən və Zaqatala ərazilərində baş vermiş yerli zəl­zələnin intensivliyi I = V-VI bal olub bir neçə titrəyişlə müşayiət olunur. Orta Kür və Aşağı Kür çökəklikləri, Kiçik Qafqaz, Şərqi Gürcüstan və Cənub Dağıstan ocaqları ilə əlaqədar olan uzaq zəlzələnın I = VI-VII bal intensivliklə hiss olunur. Yerli ocaqların seysmik hadi­sələri (I = VII-VIII bal) əsas təhlükə mənbəyidir. Balakən-Zaqatala vilayətinin zəlzələ ocaqları səthəyaxın xarakterli olub yer qabığının üst qatlarında yerləşir və səthəyaxın strukturların quruluş xüsusiyyətləri ilə əlaqədardır.

 

 

GÜRGAN-DƏNİZ SAHƏSİNDƏ MƏHSULDAR QAT OBYEKTLƏRİNİN LİTOFASİAL VƏ NEFTQAZLILIQ XÜSUSİYYƏTLƏRİNİN BƏZİ SEDİMENTOLOJİ ASPEKTLƏRİ

GÜRGAN-DƏNİZ SAHƏSİNDƏ MƏHSULDAR QAT OBYEKTLƏRİNİN LİTOFASİAL VƏ NEFTQAZLILIQ XÜSUSİYYƏTLƏRİNİN BƏZİ SEDİMENTOLOJİ ASPEKTLƏRİ

(Ə.İ.Xuduzadə) #33 (2005)

Xülasə
 
 
Məqalədə Gürgan-dəniz yatağının məhsuldar qat (MQ) obyektlərinin (QaD, QA və QD) litofasial xüsusiyyətlərinin, qalınqlarının, neytliliyininin sahə üzrə paylanmasının və bir-biri ilə əlaqəsinin təhlili, tektonik amillərlə bərabər litofasiyal amilin də rolunun böyük olduğu göstərilir. MQ ritmik seriya olduğundan onun litofasiyal kəsilişinə stratiqrafik ardıcıllıqlar konsepsiyası baxımından öyrənilmiş Gürgan-dəniz sahəsindəki üstəgəlmə ilə mürəkkəbləşmiş zonanın çöküntülərinin müəyyən qisminin qədim şelfin yamacında dərin dənizə istiqamətlənmiş kanyon çöküntü sistemi kimi qəbul edilmişdir.