Ana Səhifə / Haqqımızda / Preprint və məqalələr

Preprint və məqalələr

ALƏMİN ƏBƏDİ DÖVRANI PARADİQMASI BAXIMINDAN KOSMOLOGİYANIN BƏZİ MƏSƏLƏLƏRİ HAQQINDA

ALƏMİN ƏBƏDİ DÖVRANI PARADİQMASI BAXIMINDAN KOSMOLOGİYANIN BƏZİ MƏSƏLƏLƏRİ HAQQINDA

(H.H. Guliyev)

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu, H.Cavid pr. 29A, Bakı AZ1143, Azərbaycan

E-mail: hatamguliyev@gmail.com

Aləmin mahiyyətcə strukturlaşması və onun informasiya formasının enerji baxımından səciyyələrinin özünəməxsusluğu aləmin əbədi dövranı paradiqmasında kosmologiyanın “zaman”, zamanın biristiqamətliliyi və hər yerdə mövcud olması kimi bir sıra mürəkkəb və mübahisəli məsələlərini aydınlaşdırmaq üçün zəmin yaratmışdır. Təqdim etdiyimiz məqalədə şüurun yaratdığı gerçəklik, “qara” materiya, “qara enerji” və “azad iradə” ilə bağlı məsələlər bu baxımdan nəzərdən keçirilir.

Azərbaycan MEA Xəbərləri, Yer elmləri seriyası, 2012, №4, s. 81-86

Tam məqaləni yüklə

ZAMAN ANLAYIŞININ TƏYİNİ

ZAMAN ANLAYIŞININ TƏYİNİ

(H.H. Guliyev)

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu, H.Cavid pr. 29A, Bakı AZ1143, Azərbaycan

E-mail: hatamguliyev@gmail.com

Bu məqalədə aləmin əbədi dövranı konsepsiyası əsasında zaman fundamental problemi sahəsindəki elmi tətqiqatların vəziyyəti təhlil olunmuşdur. İlk dəfə olaraq "zaman" anlayışının tərifi verilmiş və onun mahiyyəti müəyyən edilmişdir. Zamanın biristiqamətliyi ilə bağlı suala cavab verilmişdir.
 
Azərbaycan MEA Xəbərləri, Yer elmləri seriyası, 2011, №4, s. 34-43

Tam məqaləni yüklə (rus dilində)

ZAMAN VƏ ONUN BİRİSTİQAMƏTLİYİ

ZAMAN VƏ ONUN BİRİSTİQAMƏTLİYİ

(H.H. Guliyev)

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu, H.Cavid pr. 29A, Bakı AZ1143, Azərbaycan

E-mail: hatamguliyev@gmail.com

 

Geoinformatika geoloji keçmişdə baş vermiş hadisə və proseslər haqqında informasiya "əldə etmək" sahəsində əsas elmi tədqiqat bölümünə çevrilməkdədir. Hesab olunur ki, Yer və onun ətrafında baş vermiş bütün hadisə və proseslər bu və ya digər dərəcədə Yerin litoloji tərkibində struktur xüsusiyyətləırində əks olunmuşdur. Bu informasiyanın şifrə olunması tam şəkildə və ayrı-ayrı mərhələlərdə Yer təkamülünün başvermə mexanizmini dərk etməyə imkan verər. Bu zaman informasiyanın müxtəlif parametrlər üzrə ölçülmə üsullarının və alınmış naticələrinin həqiqətət uyğunluğununun qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir.


Aləmin abədi dövran (AƏD) konsepsiyası verir ki, aləmin əsas kosmoloji parametrləri yeni nöqteyi nəzəırdən baxılsın və bu əsasda geoinformatika sahəsində tədqiqatlar aparılsın. Bu məqalədə AƏD əsasında hissiyyatla (xüsusi olaraq ixtiyari təbiətli informasiyanın dərk olunması), zamanla və onun biristiqamətliyi ilə bağlı məsələlər baxılmışdır.

Azərbaycan MEA Xəbərləri, Yer elmləri seriyası, 2011, №3, s. 59-69

Tam məqaləni yüklə (rus dilində)