Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

TALIŞIN YERALTI SULARININ TERMAL REJİMİ VƏ HİDROKİMYƏVİ XARAKTERİSTİKASI

TALIŞIN YERALTI SULARININ TERMAL REJİMİ VƏ HİDROKİMYƏVİ XARAKTERİSTİKASI

(S.V.Abbasova) #33 (2005)

Xülasə
 
 
Məqalədə Talışın yeraltı sularının termal rejiminə və hidrokimyəvi tərkibinə baxılmışdır. İstilik rejimi barədə informasiya mineral bulaqların temperatur göstəricilərinə əsaslanır. Talışın temperatur rejiminin xüsusiyyətləri həm regional (B. və K. Qafqazın mineral bulaqlarının temperaturu ilə müqayisədə), həm də lokal (Talış ərazisində bulaqların temperaturunun dəyişməsi) planda yaxşı ayrılır. Regional planda B. və K. Qafqazla müqayisədə Talış mineral bulaqların daha yüksək temperatur rejimi ilə seçilir. Talış ərazisində mineral bulaqların temperaturunun paylanma xarakteri də çox maraqlıdır və mozaik xarakter daşıyır. Beləki, yüksək temperaturlu bulaqlar Talışın ŞŞ hissəsində, nisbətən aşağı temperaturlu bulaqlar isə CQ hissəsində yerləşmişdirlər. Maraqlıdır ki, bütün yüksəktemperaturlu bulaqlar məkan etibarilə yüksək seysmikliyi ilə fərqlənən Talışönü yarığa aid edilirlər. Məqalədə Talışın yeraltı sularının qaz rejiminin xüsusiyyətləri də qeyd olunur.
QOBUSTANIN PALEOGEN –MİOSEN ÇÖKÜNTÜLƏRİNİN YANAR ŞİSTLƏRİ HAQQINDA

QOBUSTANIN PALEOGEN –MİOSEN ÇÖKÜNTÜLƏRİNİN YANAR ŞİSTLƏRİ HAQQINDA

(O.R.Abbasov) #33 (2005)

Xülasə

 
Məqalədə Şərqi Azərbaycanın Qobustan rayonunun mezokaynozoy çöküntülərinin kəsilişində olan yanar şistlərin və şistli qatların məkan intişarı və təzahür xüsusiyyətləri təsvir olunmuşdur. Hal-hazırda Azərbaycanın ərazisində 70-ə yaxın yanar şist yataq və təzahürləri aşkar edilmişdir. Bu məqalədə Qobustan rayonunda yanar şistlərin yayılmasının ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyi təfsilatı ilə işıqlandırılır.
NEFTÇIXARMA QUYULARINDA SU AXINLARININ MƏHDUDLAŞDIRILMASI TEXNOLOGİYASININ SEÇİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİNİN KOMPLEKSLİ SİSTEMİ

NEFTÇIXARMA QUYULARINDA SU AXINLARININ MƏHDUDLAŞDIRILMASI TEXNOLOGİYASININ SEÇİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİNİN KOMPLEKSLİ SİSTEMİ

(M.T.Abasov, A.S.Strekov, Q.M.Əfəndiyev, N. M.Cəfərova, Q.R.Manafov, P.O.Rzayev) #32 (2005)

Xülasə

Təqdim olunan işdə su axınlarının təcrid edilməsi probleminin səmərəli olmasına vahid sistemə gətirilən, statik və qeyri səlist.qeyri müəyyənlik şəraitində düzgün qərar qəbul etməyə imkan verən yeni yanaşma təqdim olunur.

KARBOHİDROGEN–SU SİSTEMİNİN FAZALAR ARASI SƏRHƏDDİNİN DAVAMLI OLMASINA VİBRASİYANIN TƏSİRİ

KARBOHİDROGEN–SU SİSTEMİNİN FAZALAR ARASI SƏRHƏDDİNİN DAVAMLI OLMASINA VİBRASİYANIN TƏSİRİ

(M.T.Abasov, A.S.Strekov, M.İ.Abbasov, Yu. N. Litvişkov, Ə.Ə.Hacıyev) #32 (2005)

Xülasə
 

Karbohidrogen-su ayrılma sərhəddindəki xüsusi səth enerjisinə vibrosiyanın təsir etməsinin eksperimental tədqiqatlarının nəticələri verilmişdir. Hər bir karbohidrogen-distilləedilmiş su sistemi üçün müxtəlif həcmli damcıların qeyri davamlı halına gətrilməsi və qoparılması bu sistem və vibrotəcil üçün xarakterik olan vibrasiya tezliyinin qısa diapazonunda baş verməsi aşkar edilmişdir.