Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

ABŞERON YARIMADASININ PALÇIQ VULKANLARININ SÜLB TULLANTILARININ GEOKİMYASİ HAQQINDA BƏZİ YENİ MƏLUMATLAR

ABŞERON YARIMADASININ PALÇIQ VULKANLARININ SÜLB TULLANTILARININ GEOKİMYASİ HAQQINDA BƏZİ YENİ MƏLUMATLAR

(R.A. Xudayarov) #33 (2005)


Xülasə
 
 
Məqalədə Abşeron yarımadasının palçıq vulkanlarının püskürmə məhsullarında paleogen-miosen yaşlı terrigen-karbonatlı süxurların geokimyəvi xüsusiyyətlərinə baxılmışdır.
Palçıq vulkanlarının püskürmə məhsullarının eosen yaşlı yanar şistləri neft və qaz potensialına malik olan süxurlar kimi ilk dəfə öyrənilmişdir.
XƏZƏR DƏNİZİNİN YÜKSƏK TEZLİKLİ SƏVİYYƏ DƏYİŞMƏLƏRİNDƏN ASILI OLARAQ KÜR ÇAYININ MÜASİR DELTASINDA ÇÖKÜNTÜ MATERİALININ PAYLANMASI

XƏZƏR DƏNİZİNİN YÜKSƏK TEZLİKLİ SƏVİYYƏ DƏYİŞMƏLƏRİNDƏN ASILI OLARAQ KÜR ÇAYININ MÜASİR DELTASINDA ÇÖKÜNTÜ MATERİALININ PAYLANMASI

(R.A.Xıdırova) #33 (2005)

Xülasə
 
 
Məqalədə əsas məqsəd - Xəzər dənizinin müxtəlif zaman məfhumlarını əhatə edən yüksəktezlikli səviyyə dəyişmələri (dəniz səviyyəsinin iki qalxma və iki enmə periodunu) və bu səviyyə dəyişmələrinin Kür çayının müasir deltasında müxtəlif (kobud, incə) fraksiyaların yayılma qanunauyğunluqlarına göstərdiyi təsiri əks etdirməkdən ibarətdir. Eyni zamanda müasir deltanın morfologiyası və keçdiyi inkişaf tarixi nəticəsində dəyişilməsi təsvir olunur.
QEYRİ-BİRCİNS ZOLAQVARI YATAQLARIN QUYULAR SİSTEMİ İLƏ İŞLƏNİLMƏSİ ZAMANI DURĞUN ZONALARIN FORMA VƏ ÖLÇÜLƏRİNİN TƏYİNİ

QEYRİ-BİRCİNS ZOLAQVARI YATAQLARIN QUYULAR SİSTEMİ İLƏ İŞLƏNİLMƏSİ ZAMANI DURĞUN ZONALARIN FORMA VƏ ÖLÇÜLƏRİNİN TƏYİNİ

(İ.R.Həsənov) #33 (2005)

Xülasə
 
 
Məqalədə zolaqvari yatağın quyular sistemi ilə işlənilməsi zamanı quyular arasındakı məsafənin və keçiriciliyə nəzərən qeyri-bircinsliliyin durğun zonaların forma və ölçülərinə təsiri öyrənilmişdir.
Fərz edilir ki, lay müxtəlif keçiricilikli oblastdan ibarət olub, bir tərəfdən keçirməyən sərhədlə, digər tərəfdən isə qida konturu ilə əhatə olunmuşdur.
Qoyulmuş məsələnin həlli üçün kompleks potensial funksiyası üsulundan istifadə edilmişdir.
Hesabat nəticələrindən müəyyən edilmişdir ki, durğun zonanın forma və ölçülərinə quyular arasındakı məsafənin və layın qeyri-bircinsliliyinin böyük təsiri vardır.
Quyular arasındakı məsafə azaldıqca   durğun zonaların ölçüləri azalır, bu isə layın sulaşmamış hissələrinin daha intensiv işlənməyə cəlb edilməsinə imkan yaradır.
BAKI ARXİPELAQININ CƏNUB HİSSƏSİNİN SUALTI PALÇIQ VULKANLARININ GEOLOJİ – GEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ

BAKI ARXİPELAQININ CƏNUB HİSSƏSİNİN SUALTI PALÇIQ VULKANLARININ GEOLOJİ – GEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ

(E.H.Həsənov) #33 (2005)

Xülasə
 
 
Məqalədə əsasən Bakı arxipelaqı ərazisində yerləşən (İnam, Səbail və Şirvan-dəniz,) sualtı palçıq vulkanları haqqında yeni geoloji-geokimyəvi məlumatlar verilmişdir. Beləki, həmin vulkanlar yerləşən ərazilərdə son illər bir sıra geoloji-geofiziki işlər aparılmış və müəyyən qədər yeni faktiki materiallar  toplanmışdır. 
Bunun da nəticəsi olaraq qazılmış quyulardan götürülmüş süxur nümunələri petroqrafik xüsusiyyətləri və o cümlədən süxurlardan ayrılmış məsamə suları tədqiq olunmuş, onların tərkibindəki üzvü maddələrinin qatılığı, tipi və minerallaşması təyin edilmişdir. Yeni məlumatlar əsasında vulkan ətrafında brekçiyalarıın yayılma sahəsinin sərhəddi və intervalı dəqiqləşdirilmişdir.