Ana Səhifə / Haqqımızda / Əməkdaşlıq

Əməkdaşlıq

Əməkdaşlıq

Əməkdaşlıq

Beynəlxalq əlaqələr AMEA Geologiya İnstitutunun yaradıcılığında əsas fəaliyyət istiqamətlərindən olmaqla, xarici elmi mərkəzlər, təşkilat və şirkətlərlə elmi əlaqələrin genişləndirilməsi və inkişafını təmin edir.


Geologiya İnstitutunun beynəlxalq əlaqələrində ABŞ, Böyük Britaniya, Almaniya, Hollandiya, Fransa, Yaponiya, Avstriya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxstan, Özbəkistan, İsveçrə, Argentina, Rusiya, İran kimi ölkələr əsas yer tutur.


İnstitut 30-a yaxın xarici və beynəlxalq təşkilatlarla, BP, EXXON/Mobil, Shell, Chevron, UNOCAL, Statoil, Conoco, İNTAS, Yunesko, NATO, İsveçrə Milli Elm Fondu, ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf fondu və s. ilə əməkdaşlığı inkişaf etdirir.


Institutun elmi kollektivi ABŞ-ın Massaçuset Texnologiya İnstitutu ilə birgə müasir geodinamik şəraitlərdə Qafqaz kolliron sahəsinin öyrənilməsi üzrə tədqiqatları davam etdirir. Azərbaycan ərazisini 30 müvəqqəti və üç daimi işləyən GPS – stansiyası – “Bakı”, “Şəki”, “Neftçala” ilə təchiz olunmuşdur.


2010-cu ildə Azərbaycan ərazisində yer qabığının yerdəyişməsinin deformasiya sürətinin qiymətləndirilməsinin GPS nəticələri üzrə monitorinq aparılmışdır.


Zəlzələ mənbəyi və GPS məlumatları üzrə sıxılmış axının istiqamətləri müqayisə edilmişdir. Böyük Qafqaz, və neotektonik strukturun analizinin nəticələrilə razılaşaraq - əyilmiş və qalxmış subeninə en dairəsinin uzanma istiqaməti əksfay üstəgəlmə xarakterli qırılma pozularaq, şimal, şimal-cənub istiqamətlərində mütəmadi sıxılmalarla sınanır.


BP şirkəti ilə bağlanmış digər bir müqaviləyə əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və ona qovuşan Azərbaycan ərazisinin geodinamikası üzrə monitorinq, elmi-tədqiqat işləri davam etdirilir. Neft kəmərinin Azərbaycan hissəsində (Sanqaçal-Poylu sahəsi) dayaq geodezik məntəqədən ibarət 10 geodinamik poliqon yaradılmışdır. GPS texnologiyası və yüksək dəqiqlikli niverilləmə, qravimetrik və radiometrik hesablamaların köməyilə deformasiya proseslərinin aktiv toplanma sahələri aşkar edilmişdir.


Bundan başqa BP-də yeni mövzu BTC sahəsi boyunca geodinamik monitorinq üzrə elmi-tədbiqi işlər aparılır. Bu işin çərçivəsində GURALP seysmik sistem əldə edilmişdir. Nəticədə bu sistemdən istifadə etməklə, mikrotremorlu ölçmələr aparılaraq, rezonans tezliyinin paylanması, qrunt gücünün əmsalı və zəlzələ üçün ballarının artması müəyyən edildi.


Geologiya institutu Almaniya Geoloji Elmlər və Təbii Ehtiyatlar Nazirliyi ilə birgə elmi-tədqiqat işləri aparır. Bu işlər Daşgil və Pirəkəşkül palçıq vulkanlarında atmosferə qaz (metan və s.) çıxışlarının monitorinqi ilə əlaqəli Azərbaycan – Almaniya beynəlxalq elmi-texniki əməkdaşlıq çərçivəsində aparılır.


“Avropa, Orta Şərq və Asiyanın birləşməsində (Böyük Qafqazın cənub hissəsi) karbohidrogen potensialının daha dolğun dərk edilməsi” layihəsi üzrə İsveçrə və Gürcü mütəxəssislərilə birlikdə Qanıx və Kür çayları arasında miosen-pleystosen kompleksinin iki və üç ölçülü elektro seysmik kəşfiyyat materialları əsasında ümumiləşdirilməsi və rekonstruksiyası aparılmışdır. Beynəlxalq təşkilatların diqqətini cəlb edən digər tədqiqat geodinamika və seysmologiya sahəsidir.


Çin respublikası, Rusiya, Qazaxıstan, Moldova və Qafqazyanı respublikaların geoloji xidmətlərilə birlikdə yerinə yetirilərək, beynəlxalq layihənin II mərhələsi başa çatmışdır. Bu MDB ölkələrinin geoloji məzmunlu sahələrinin GMS Atlas xəritəsi; həmçinin yanaşı dövlətlərin 1:2500000 miqyaslı; Qafqazın (Azərbaycan) geoloji məzmunlu GMS – xəritələr Atlası 1:1000000 miqyaslı; Qafqazın, Krım və Karpatın faydalı qazıntıları, geoloji quruluşu və monoqrafiyasıdır.


Geologiya İnstitutu “Su sistemlərinin bərpası və ətraf mühitin qiymətləndirilməsi üçün elmi əməkdaşlıq” adlı İsveçrənin Milli Elmi fondunun Avropa Proqramının həyata keçirilməsində fəal iştirakını davam etdirir.


Geologiya İnstitutunda işlənilən Təbiət ehtiyatlarının texnologiyaları modelinin istifadəsinin mümkünlüyü məqsədilə, öz fəaliyyətini Azərbaycanda həyata keçirən Beynəlxalq Dövlət Əməliyyat şirkətilə AİMC əməkdaşlıq haqqında niyyət protokolu imzalanmışdır. Təbiət ehtiyatlarının texnologiyalarının tədbiqi üzrə Türkiyənin qızılfiliz yataqlarının birində birgə iş aparılmasına Türkiyə şirkətinin “MTA” razılığının əldə edilməsinə nail olmuşdur.


Geologiya İnstitutunun beynəlxalq elmi əlaqələrdəki uğurlarını, əcnəbi geoloqlarla aparılmış elmi tədqiqatların nəticələrini sadalamaqla, demək olar ki, Azərbaycanın dünyaya inteqrasiya etməsində geologiya elminin özünəməxsus rolu vardır. Bu rolun müəyyən hissəsi Geologiya İnstitutunun beynəlxalq elmi əlaqələrinin payına düşür.