Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

AZƏRBAYCAN ƏRAZİSİNİN DƏRİNLİK YARIQLARININ SEYSMİK AKTİVLİYİ HAQQINDA

AZƏRBAYCAN ƏRAZİSİNİN DƏRİNLİK YARIQLARININ SEYSMİK AKTİVLİYİ HAQQINDA

(F.A.Əliyev) #33 (2005)


Xülasə
 
 
Məqalədə zəlzələlər haqqında məlumatlar əsasında Azərbaycanda müxtəlif intensivlikli seysmik təkanların məkan üzrə yayılması xüsusiyyətləri araşdırılır və respublika ərazisində geoloci quruluşu və seysmikliyin təzahürü əlamətlərinə görə bir neçə iri dağlıq-dağətəyi, depressiya və Xəzər dənizi bölgələri ayrılır. Zəlzələlərin dərin tektonik yarılmalarla əlaqəsi analiz olunur və regionda seysmikliyin qeyri-bərabər yayılmasının dərinlik yarıqlarının ayrı-ayrı hissələrinin aktivlik səviyyəsinin müxtəlifliyi ilə bağlı olduğu göstərilir.
ŞİMALI QOBUSTANIN TEKTONİK QURULUŞUNA VƏ PALEOGEN-MİOSEN ÇÖKÜNTÜLƏRİNİN NEFTQAZLILIĞINA DAİR YENİ MƏLUMATLARI

ŞİMALI QOBUSTANIN TEKTONİK QURULUŞUNA VƏ PALEOGEN-MİOSEN ÇÖKÜNTÜLƏRİNİN NEFTQAZLILIĞINA DAİR YENİ MƏLUMATLARI

(T.Ə.Bayramov) #33 (2005)

Xülasə
 
 
Alp tektonik tsiklinin attiy və ron qırışıqlıq fazaları cənubi-şərqi Qafqazın təbaşir çöküntülərinin kəsilişində örtük lövhələrinin yaranmasına, onların cənuba qravitasion sürüşməsinə və ceyrankeçməz-cənubxəzər meqahöv-zəsinin, o cümlədən Şimali Qobustanın avtoxton paleogen-miosen çöküntülərinin tektonik örtülməsinə rəvac vermişdir. Şimali Qobustanın avtoxton paleogen-miosen çöküntüləri sarmat əsrindən sonra yeni termodinamik şəraitə düşmüşlər və neft generasiyası imkanı kəsb etmişlər.
ABŞERON YARIMADASININ SEYSMİKLİYİNİN UZUN MÜDDƏTLİ PARAMETRLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

ABŞERON YARIMADASININ SEYSMİKLİYİNİN UZUN MÜDDƏTLİ PARAMETRLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

(Q.R.Babayev, E.S.Qaravəliyev) #33 (2005)

Xülasə
 
Məqalədə, makroseysmik və instrumental məlumatlar əsasında, Abşeron yarımadasının seysmikliyi təhlil olunmuş, tədqiqat ərazisində və onun əhatəsində baş verən yerli, yaxın və uzaq istiqamətli güclü, mötədil zəlzələlərin çıxarış-kataloqu, Abşeron yarımadasında baş verən zəlzələlərin episentr xəritəsi, yerli, yaxın və uzaq istiqamətli zəlzələlər üçün makroseysmik sahələrin xəritəsi tərtib olunmuşdur, zəlzələlərin təkrarlanma qrafiki, əsas parametrlərin müqayisə olunması qrafikləri qurulmuşdur. Bakı şəhəri və Abşeron yarımadası üçün zəlzələ ocaqlarının təhlükə səviyyəsi təyin olunması üçün makroseysmik və instrumental təhlilin nəticələri səciyyələnmiş, müqayisə edilmiş və qiymətləndirilmişdir.
ACİNOHUR QIRIŞIQLIQ ZONASINDA GÖMÜLMÜŞ MEZOZOY VƏ KONSOLİDƏ OLUNMUŞ QABIĞIN SƏTHLƏRİ ÜZRƏ MÜQAYISƏLİ TEKTONİK TƏHLİL

ACİNOHUR QIRIŞIQLIQ ZONASINDA GÖMÜLMÜŞ MEZOZOY VƏ KONSOLİDƏ OLUNMUŞ QABIĞIN SƏTHLƏRİ ÜZRƏ MÜQAYISƏLİ TEKTONİK TƏHLİL

(S.M.Aydəmirzadə) #33 (2005)

Xülasə

 
Məqalədə Acınohur qırışıqlıq zonasında gömülmüş mezozoy və konsolidə olunmuş qabığın səthləri üzrə tektonik strukturu nəzərdən keçirilir. Qeyd edilən stratiqrafik səthlərdə struktur planlar üst-üstə düşmür.Lokal antiklinalların istiqamətinin kəskin şəkildə dəyişilməsi tektonik hərəkətlərin neotektonik mərhələdə aktivləşməsi ilə izah olunur.