Ana Səhifə / Haqqımızda / Müdriyyət

Müdriyyət

Geologiya və Geofizika İnstitutunun baş direktoru

Geologiya və Geofizika İnstitutunun baş direktoru

Əlizadə Akif Ağa Mehdi oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri 
Təvəllüdü 25.02.1934 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Sənaye İnstitutu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Geoloji-kəşfiyyat fakültəsi
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:  
- ixtisas şifri 25.00.02
- ixtisasın adı Paleontologiya və stratiqrafiya
- mövzunun adı Cənub-Şərqi Qafqazın alt təbaşir belemnitləri və onların stratiqrafik əhəmiyyəti
Doktorluq dissertasiyasının mövzusu:  
- ixtisas şifri 25.00.02
- ixtisasın adı Paleontologiya və stratiqrafiya
- mövzunun adı Azərbaycanın təbaşir belemnitləri
Müxbir üzv seçilməsi:  
- tarix 1980
- ixtisasın adı Geologiya
Həqiqi üzv seçilməsi:  
- tarix 1989
- ixtisasın adı Geologiya
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 255, 9 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərinin sayı 54
Beynəlxalq bazalarda referatlaşdırılan
və indeksləşdirilən jurnallarda çap
olunan məqalələrin sayı

32

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
Kadr hazırlığı:  
- fəlsəfə doktorlarının sayı 15
- elmlər doktorlarının sayı  
Əsas elmi nailiyyətləri
Akademk A.Əlizadə görkəmli alim-geoloq və elmin böyük təşkilatçılarından biridir. Onun başlıca elmi maraq dairəsi təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənilib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dovründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılmış və ümumiləşdirilmişdir.
 
Akademik A.Əlizadənin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır.
 
Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında öncüllük akademik A.Əlizadəyə məxsusdur. Morfogenezin tarixi baxımdan tədqiqi, populyasiyaların dəyişmə tendensiyasının təyini, irsi morfoloji dəyişkənliklərin aşkar edilməsi alimə müxtəlif belemnoideya qrupların təkamülündə ümumi istiqaməti bərpa etməyə imkan vermişdir.
 
Akademik A.Əlizadə Qafqazın təbaşir hövzələrinin bio-geokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Fossil orqanizmlərin skelet hissələrinin mikrostruktur, kimyəvi tərkib və kristallokimyəvi xüsusiyyətlərinin təhlilinə əsasən, o, müxtəlif kimyəvi elementlərin miqrasiya və toplanma qanunauyğunluqlarını, ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləşdirmiş, təbaşir dəniz fəqərəsizlərinin geokimyəvi ekologiyasını təsvir etmişdir. Alim ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin etmişdir.
 
Hərtərəfli erudisiya sahibi kimi o, regional geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya aid məsələləri də eyni dərəcədə səlahiyyətlə həll edir. Son illər alimin fəaliyyəti yeni prioritet elmi istiqamətə - geoekologiyaya yönəldilmişdir.
 
Elm dünyası A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı akademik A.Əlizadənin də daxiliqabıqlı mollyuskaların öyrənilməsində rolunu xüsusi qeyd edir («Paleontologiyanın əsasları», M. «Nedra», 1990, səh. 101). Heç də təsadüfi deyildir ki, təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi – «Akifibelidlər» adlandırılmışdır (1984-cü il).
 
Azərbaycanın təbaşir çöküntülərinin paleontologiya və stratiqrafiyası üzrə fundamental işlərə görə (bir qrup müəlliflərlə) akademik A.Əlizadə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı adına layiq görülmüşdür (1991-ci il).
 
Akademik A.Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının (2012-ci il) və Bakı Dövlət Universitetinin (2013-cü il) baza kafedraları yaradılmışdır.
 
Elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə akademik A.Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsi yaradılmışdır (2014-cü il).
Elmi əsərlərinin adları
1. Геология Азербайджана. Т.1. Стратиграфия. Часть 2. Мезозой и Кайнозой. Глава IV. Меловая система. Баку, Nafta-Press. 2007. C. 107-228. (Cоавторы: Х.Алиюлла, Р.Н.Мамедзаде, А.Г.Халилов и др.).

2. Науки о Земле: возможно ли устойчивое развитие? Изв. НАН Азербайджана. Науки о Земле. 2007. № 1, С 3-20.

3. Минералы Азербайджана. Энциклопедия. Баку, Nafta-Press. 2008. 361 с. (Соавторы: М.И.Чирагов, С.Ф.Вели-заде, Г.Велиев).

4. Флагман фундаментальной геологической науки Азербайджана. Изв. НАН Азербайджана. Науки о Земле. 2008. № 2, С. 3-17.

5. Новые горизонты геологической науки Азербайджана. Изв. НАН Азербайджана. Науки о Земле. 2010. № 1, С. 3-24.

6. О необходимости междисциплинарных научных исследований на Каспийском море. Изв. НАН Азербайджана. Науки о Земле. 2010. № 4, С. 3-5.

7. Biologic Accumulation Levels of Chemical Elements in Mollusk Shelles of Deep Biofacies Marmara Sea, Turkey. International Scientific journal Stratigraphy and Sedimentology of Oil-Gas Basins. 2010. № 1, P. 3-18. (Co-authors: S.Aliyev, A.Sari).

8. Mineralogical Investiqation of Mollusk Skeletals in south and Southwest Marmara Basin,Turkiey. International Scientific journal Stratigraphy and Sedimentology of Oil-Gas Basins. 2010. № 2, P. 3-12. (Co-authors: S.Aliyev, A.Sari).

9. Kinematics of the Main Caucasus Thrust near Baku, Azerbaijan. AGU Fall Meeting Abstracts, 2011, 1, 02 (Co-authors: M.A.Floyd, F.A.Kadirov, I.Guliyev, R.E.Reilinger, S.Kuleli et al.)

10. Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində. Bakı, Nafta-Press, 2011. 112 c. (Azərbaycan, rus və ingilis dillərində).

11. Intelligent seismoacoustic system for monitoring the beginning of anomalous seismic process.. Seismic instruments, 2011. vol. 47, № 1. (Co-authors: T.A.Aliyev, G.D.Etirmishli, G.A.Guluev, F.G.Pashaev, A.G.Rzaev).

12. Depositional environment and chemostratigraphy of the Pliocene Productive Series, South Caspian basin. Modern problems of geology and geophysics of Caucasus. Bakı, Nafta-Press, 2012. P. 7-26. (Co-authors: E.Aliyeva).

13. Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan. Natural hazards, 2012, 63 (2), 997-1006 (Co-authors: F.Kadirov, M.Floyd, I.Guliyev, R.Reilinger, S.Kuleli et al.)

14. Late pleistocene-holocene Caspian sea level and climate changes. The EDGE of Sea: Sediments, Geomorphlogy, Tectonics, and Stratigraphy in Quaternary Studies. 2012. (26-30, Septembr. Sassari, Sardinia, Italy). (Co-authors: E.Aliyeva et al.).

15. The Elemental Stratigraphy of the South Caspian Lower Pliocene Productive Series. STRATI, 2013, 827-831 (Co-authors: E.Aliyeva, D.Huseynov, I.Guliyev).

16. Палиностратиграфия и условия формирования майкопской свиты Шамаха-Гобустанской области Азербайджана. Вестник Пермского Университета, серия геология. 2014, вып. 4 (25), С. 8-21. (Соавторы: Е.Н.Тагиева, Ш.Ш.Байрамова).

17. Методологические проблемы исследования геосистем. Вопросы философии. 2015. № 6, С. 85-89. (Соавторы: Х.А.Али-заде, Е.Н.Лятифова).

18. Geosciences of Azerbaijan. Volume I: Geology. Springer. 2016. 237 p. (Co-authors: I.S.Guliyev, F.A.Kadirov, L.V.Eppelbaum).

19. Geosciences of Azerbaijan. Volume II: Economic Geology and Applied Geophysics. Springer. 2016. 340 p. (Co-authors: I.S.Guliyev, F.A.Kadirov, L.V.Eppelbaum).
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti;
Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri (Qaf. RİSK);
AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və AR Dövlət Neft Şirkətinin Elm Fondunun himayədarlar şurasının üzvü.
AR Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri.
Pedaqoji fəaliyyəti
Bakı Dövlət Universiteti, Geologiya fakültəsi 
Digər fəaliyyəti
 
Təltif və mükafatları
“Fədakar əməyə görə” medal - 1970;
“Şərəf nışanı” ordeni - 1986;
Azərbaycan Respublikasının Əməkdar elm xadimi - 1991;
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı - 1991;
Azərbaycan Respublikasının “Şöhrət” ordeni – 2004;
Azərbaycan Respublikasının “Şərəf” ordeni – 2008;
Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü – 2014;
Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və mədəniyyət fədakarı” Fəxri nişanı – 2014;
Azərbaycan Respublikasının "İstiqlal" ordeni – 2014.
ADNSU-nun fəxri professoru - 2018;
"Azərbaycan Narı" döş nişanı - 27.12.2018;
Akademik A.A.Borisyak adına medal və diplom, 2019;
1-ci dərəcəli “Əmək” ordeni - 23.10.2019
İş yeri və ünvanı
AMEA Geologiya və Geofizika İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 119
Vəzifəsi
Geologiya və Geofizika İnstitutunun baş direktoru
Xidməti tel.
(+994 12) 5372287
Mobil tel.
 
Ev tel.
 
Faks
(+994 12) 4925956 
Elektron poçtu
İcraçı direktor

İcraçı direktor

Hüseynov Dadaş Ağa-Cavad oğlu

Anadan olduğu yer Bakı şəh., Azərbaycan Respublikası   
Təvəllüdü 27.12.1959   
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti  
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru  
Elmi rütbəsi  Dosent  
Namizədlik (PhD) dissertasiyasının mövzusu:    
-  ixtisas şifri 04.00.11  
-  ixtisasın adı Qızılbulaq filiz sahəsinin subvulkanlarının filizliliyi  
-  mövzunun ad Filiz və qeyri filiz yataqlarının geologiyası, axtarışı və kəşviyyatı  
Doktorluq dissertasiyasının mövzusu:    
-  ixtisas şifri 25.00.12  
-  ixtisasın adı Neft və gaz yataqlarının geologiyası, axtarışı və kəşviyyatı  
-  mövzunun adı Cənubi-Xəzər hövzəsinin karbohidrogen sistemləri  
Müxbir üzv seçilməsi    
-  tarix 2017  
-  ixtisasın adı Neft-qaz geologiyası  
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı    
-  xaricdə çıxmış elmi əsərlərinin sayı 90  
-  beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 15  
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı    
Kadr hazırlığı:         
- fəlsəfə doktorlarının sayı 1  
- elmlər doktorlarının sayı    
Əsas elmi nailiyyətləri
Geokimyəvi və litofasial məlumatlar və üç ölçülü hövzə modelləşdirilməsi əsasında generasiya potensialın qiymətləndirilməsi və ayrı-ayrı mezokaynozoy stratiqrafik komplekslərinin yayılma aerallarının və Cənubi Xəzər hövzəsinin (CXH) akvatorial hissəsində neftqazəmələgəlmə ocaqlarına uyğunluğu, potensialın reallaşdırılmasının təkamül və dərəcəsinin dəyərləndirilməsi aparılmışdır.
 
CXH-nin kerogenlərin genetik tipləşdirilməsi əsasında aalen-bayos və valanjin çöküntülərinə əsasən qaz generasiya rolu və paleogen-miosen çöküntülərinin neft-qaz generasiya rolu müəyyən edilmişdir.
 
Müəyyən edilmişdir ki, paleogen-aşağımiosen çöküntülərinin generasiya etdiyi neftlər karbonun yüngül izotop tərkibi ilə (KİT), orta-üst miosen (diatom) çöküntüləri isə - ağır izotopluq ilə xarakterizə olunur.
 
Kerogenin və karbohidrogen flüidlərin izotop-geokomyəvi korrelyasiyası əsasında aşağı pliosen rezervuarlarının doymasında konkret komplekslərin rolu dəyərləndirilmişdir.
 
Müəyyən edilmişdir ki, qurudan dənizə uzandıqca neftlərin karbon izotop tərkibi diatom çöküntülərinin neft generasiya zonasına daxil olmaqla əlaqədar ağırlaşır.
 
Karbohidrogen flüidlərin izotop geokimyəvi və biomarker tədqiqtları əsasında Cənubi Xəzər hövzəsinin müxtəlif hissələrində flüidogenerasiya mənbələrinin stratiqrafik və gipsometrik aidiyyatı dəyərləndirilmişdir.
 
Flüidogenerasiya komplekslərində məsamə təzyiqlərinin və hidroyarılmaların paylanma sahələri və boşalmanın subvertikal zonaları ilə əlaqədar, yuxarıuzanan rezervuarlarda flüidlərin axmasına kanal kimi xidmət edən, habelə karbohidrogenlərin yığılma zonasının mümkünlüyü modelləşdirilmişdir ("shale oil").
 
Boşalma mənbələrinin (karbohidrogenlərin generasiya mənbələrinin) və subvertikal cisimlərin paylanma zonalarının xəritəyə alınması əsasında karbohidrogenlərin axtarışının yeni təkmilləşdirilmiş metodikası təklif edilmişdir.
 
Müasir flüidodinamikanın analizi və 3 ölçülü hövzə modelləşdirilməsi əsasında CXH ərazisinin risklilik dərəcəsinə görə ranqlaşdırılması və flüidodinamik göstərici əsasında axtarış üçün birincinövbəli obyektləri əsaslandırılmişdir.
 
Elmi əsərlərinin adları
Alizada A.A., Guliyev I.S., İsmayilzade A.C., Huseynov D.A. 2013. Углеводородные системы субвертикальных зон дезинтеграции Южно-Каспийской впадины. 2-е Кудрявцевские Чтения – «Глубинный генезис нефти и газа». Москва, ЦГЭ, 2013.
 
Alizada A.A., Aliyeva E.H., Quliyev I.S., Huseynov D.A. 2013. The elemental stratigraphy of the South Caspian Lower Pliocene Productive Series. STRATI 2013, Volume: XLV, At Lisbon, Portugal, 2013, с.с.  827-837.
 
Huseynov D.A., Huseynova Sh.2014. HC Generation and Migration at the Western Flank of South Caspian Basin - Results of Basin Modeling. 76th EAGE Conference & Exhibition 2014. Amsterdam RAI, The Netherlands, 16-19 June 2014.
 
Керимов В.Ю., Гулиев И.С., Гусейнов Д.А. идр. 2015. Прогнозирование нефтегазоносности в регионах со сложным геологическим строением. Москва, Недра, 2015, 404 с.
 
Quliyev İ.S., Huseynov D.A. 2015. Relics of Mud Volcanoes in the Sedimentary Cover of the South Caspian BasinLithology and Mineral Resources, 2015, Vol. 50, No. 4, pp. 311–321.
 
Гусейнов Д.А., Миризаде С.А., Гусейнова Ш. 2015. Особенности распространения и свойства коллекторов нефти и газа северо-западного борта Южно-Каспийского бассейна. Геология нефти и газа, 2015, №2, c. 55-66.
 
Гусейнов Д.А., Мартынова Г.С. и др. 2015. Исследования нефтей грязевых вулканов методом совмещенного термического анализа. Геология, геофизика и разработка нефтяных и газовых месторождений. Москва, ВНИИОЭНГ, 2015, №8, с.33-37.
 
Гулиев И.С., Гусейнов Д.А. 2015. Реликты грязевых вулканов в осадочном чехле Южно-Каспийской впадины. Литология и полезные ископаемые, 2015, № 4, с. 350–361.
 
Huseynov D.A., Aliyeva E.H. 2015. Determining Oil and Gas Maturity and Mapping their ‘Deep’ stratigraphic sources, South Caspian Basin: Possible applications to SE Caribbean Basins". 20th Caribbean Geological Conference, Trinidad & Tobago, 17-20th May 2015.
 
Aliyeva E.H., Huseynov D.A. 2015. Deep South Caspian Petroleum System. 20th Caribbean Geological Conference, Trinidad & Tobago, 17-20th May 2015.  
 
Feyzullayev A.A., Huseynov D.A. 2016. Hydrocarbon potential and resources of Lower Pliocene-Productive series in South Caspian basin. Stratigraphy and sedimentology of oil-gas basins, Baku, Nafta-Press, 2016, №1, pp. 99-104.
 
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 
1. EAGE
2. IAS
 
Pedaqoji fəaliyyəti
1. ADNA-nın AMEA Geologiya İnstitutunda «Neft və gaz geologiyası” baza kafedrasının müdiri
2. AMEA-nın magistraturasında pedaqoji fəaliyyət
 
Digər fəaliyyəti 
 
 
Təltif və mükafatları
 1. "Tərəqqi" medalı (2017)
Əsas iş yeri və ünvanı
AMEA Geologiya və Geofizika İnstitutu, Bakı şəh., H.Cavid prospekti, 119
Vəzifəsi
İcraçı direktor 
Xidməti tel.
(+994 12) 539-56-19
Mobil tel.
 
Ev tel.
 
Faks
(+994 12) 537-22-85
Elektron poçtu
Baş direktorun müavini

Baş direktorun müavini

Məmmədov Samir Qasım oğlu

Anadan olduğu yer Bakı, Azərbaycan   
Təvəllüdü 01 yanvar, 1970-ci il   
Bitirdiyi ali təhsil müəssisəsi Moskva Geodeziya, Aerofotoçəkiliş və Kartoqrafiya mühəndislər İnstitutu   
Elmi dərəcəsi Geologiya-mineralogiya elmlər namizədi   
Elmi rütbəsi    
Namizədlik (PhD) dissertasiyasının mövzusu:    
- ixtisas şifri
- ixtisasın adı
- mövzunun ad

25 00 10

Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Palçıq vulkanlarının qravitasiya anomaliyaları və dinamikası (Lökbatan, Axtarma-Puta və Quşxana palçıq vulkanları timsalında)

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
24
- xaricdə çıxmış elmi əsərlərinin sayı
- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
9
 
6
 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
 
 
Kadr hazırlığı:     
 
 
- fəlsəfə doktorlarının sayı
 
 
Əsas elmi nailiyyətləri
GPS texnologiyası istifadə edərək Azərbaycanda Yer səthinin horizontal hərəkətlərinin öyrənilməsi və müşahidə şəbəkəsinin yaradılmasının fəal iştirakçısı. Azərbaycanda ilk dəfə olaraq Yerin qravitasiya sahəsinin qabarma variasiyalarının öyrənilməsi uşun qravimetrik stansiyasının yaradılma iştirakçısı. 
 
Elmi əsərlərinin adları
1. Сейсмическое районирование южного склона большого Кавказа по фрактальным особенностям землетрясений, напряженному состоянию и по данным GPS скоростей

2. Results from 14 years (1998-2012) of monitoring crustal deformation in Azerbaijan with GPS

3. Crustal deformation monitoring in Azerbaijan with GPS

4. Primary results of new gravity station SHAKI / Azerbaijan

5. New GPS velocity field for the Arabian-Eurasian collision zone.

6. Geodynamics of the Absheron peninsula and adjacent territory from GPS and seismological collision zone
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 
 
Pedaqoji fəaliyyəti
 
 
Digər fəaliyyəti 
 
 
Təltif və mükafatları
 
Əsas iş yeri və ünvanı
AMEA Geologiya və Geofizika İnstitutu, AZ1143, Bakı, Azərbaycan, Hüseyn Cavid prospekti, 119 
Vəzifəsi
Baş direktorun müavini
Xidməti tel.
(+994 12) 510141/126
Mobil tel.
(+994 50) 3123258 
Ev tel.
(+994 12) 4322883 
Faks
 
Elektron poçtu
Elmi katib

Elmi katib

Lətifova Yeganə Nazim qızı

Anadan olduğu yer Azərbaycan Respublikası, İsmayıllı  
Təvəllüdü
09.03.1963
 
Bitirdiyi ali təhsil müəssisəsi
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, geologiya fakültəsi 
 
Elmi dərəcəsi
Geologiya-mineralogiya elmləri namizədi 
 
Elmi rütbəsi
dosent 
 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
 
- ixtisas şifri
04.00.08
- ixtisasın adı
Petroqrafiya, vulkanologiya
- mövzunun ad
“Çeqem kalder kompleksinin pliosen vulkanizminin petrologiyası (Şimali Qafqaz)”
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
45, 4 monoqrafiya, 2 kitab
- xaricdə çıxmış elmi əsərlərinin sayı
20
- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
2
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
 
Kadr hazırlığı:   
 
- fəlsəfə doktorlarının sayı
 
Əsas elmi nailiyyətləri
İlk dəfə olaraq Çeqem vulkanik yaylasının kalder təbiəti müəyyən edilmiş, Çeqem kalder strukturunun maqmatizminin təkamülü və mərhələli inkişaf sxemi təklif edilmişdir.

Kiçik Qafqazın ofiolit assosiasiyasının hiperbazit və qabbro komplekslərindəki süxurların tərkibində olan qazların hidrogen-karbohidrogen və karbon-hidrogen sulfidli tərkibi müəyyən edilmişdir.

Kiçik Qafqazın kaynozoy vulkanizminin paleovulkanoloji bərpası və respublikanın əsas neftli-qazlı vilayətlərinin çökmə süxurlarının kollektor xüsusiyyətlərinin tədqiqi.
Elmi əsərlərinin adları
1. Атлас коллекторов продуктивной толщи Азербайджана. Баку, “Nafta-Press”, 2000, 250 с. (Həmmüəlliflər: И.С.Гулиев, С.Ф.Сулейманова, М.Б.Хеиров, А.А.Фейзуллаев)

2. Связь газов с глубинными условиями формирования пород офиолитового комплекса (на примере Малого Кавказа). Сб. ²Дегазация Земли: геодинамика, геофлюиды, нефть и газ², Москва, 2002, с. 139-142. (Həmmüəlliflər: А.Д.Исмаил-Заде, Е.Н.Емельянова).

3. Литогенез верхнемеловых и среднеэоценовых вулканогенно-осадочных комплексов Предмалокавказского прогиба и связанные с ними полезные ископаемые. Сб. «Проблемные вопросы геодинамики, петрологии и металлогении Кавказа», посв. 100-летию академика Ш.Р.Азизбекова, Баку, 2006, с. 297-311 (Həmmüəlliflər: Х.А.Ализаде, М.Б.Хеиров)

4. Проблемы металлогении Севан-Акеринской зоны Малого Кавказа. Xəbərlər, 2008, №1, s. 55-66 (Həmmüəlliflər: А.Д.Исмаил-Заде, Е.Н.Емельянова, З.А. Велиев)

5. Диалектический прогноз нефтегазоносности тектонически активных и пассивных областей. Баку, “Nafta-Press”, 2012, 88 с. (Həmmüəlliflər: И.С.Гулиев, Х.А.Али-заде)

6. Azərbaycanın geologiyası. I, II, III cildlər. Elm, 2015, 532 s., 372 s., 382 s. (Həmmüəlliflər: Ş.Ə.Babayev, Ad.A.Əliyev, C.Ə.Azadəliyev, İ.S.Quliyev, X.A.Əlizadə və b.)

7. Методологические проблемы исследования геосистем. Вопросы философии. 2015, № 6 с. 85-89 (Həmmüəlliflər: Ак.А.Али-заде, Х.А.Али-заде)

8. Azərbaycan geologiya elminin korifeyləri. “Nafta-Press”. 2016, 315 s. (Həmmüəlliflər: Z.Y.Abbasov və b.)
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 
Azərbaycan Geoloqlarının Milli Komitəsinin üzvü
Pedaqoji fəaliyyəti
Bakı Dövlət Universiteti, geologiya fakültəsi 
Digər fəaliyyəti 
 
Təltif və mükafatları
1. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəxri fərmanı, 2012.
2. “Tərəqqi” medalı, Azərbaycan Respublikası Prezidentinin 03 noyabr 2015-ci il tarixli 1510 nömrəli sərəncamı. 
Əsas iş yeri və ünvanı
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 119
Vəzifəsi
Geologiya və Geofizika İnstitutunun elmi katibi
Xidməti tel.
(+994 12) 5372334
Mobil tel.
(+994 51) 8857654
Ev tel.
(+994 12) 5948869
Faks
(+994 12) 5372285
Elektron poçtu