Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Jun 2021 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DİSSERTASİYA İŞLƏRİNİN İLKİN MÜDAFİƏSİ KEÇİRİLİB

 

08 iyun 2021-ci il

Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru akademik Akif Əlizadənin iştirakı ilə bu elmi müəssisədə II kurs magistrlərin dissertasiya işlərinin ilkin müdafiəsi keçirilib.

GGİ magistraturasının 2020-2021-cı tədris ilini “Geologiya” və “Geologiya mühəndisliyi” ixtisasları üzrə başa vurmuş gələcək alimlər yerinə yetirdikləri dissertasiya işlərinin elmi nəticələri, həyata keçirilən tədqiqatlar haqqında geniş təqdimat reallaşdırıblar.

“Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası”,“Palçıq vulkanizmi” və “Neftli-qazlı hövzələrin litogenezisi” şöbələrinin əməkdaşları Samir Zeynalovun, Aygün Nağızadənin, Reyhan Qaraşovanın və Orxan Mehdiyevin təqdimatları maraqla dinlənilib. Gənc alimlər çoxsaylı sualları cavablandırıblar. Sonra müdafiəyə təqdim olunmuş mövzulara dair çıxışlar və tövsiyələr dinlənilib, magistrantların müdafiə işlərinə yaradıcı münasibətləri, təqdiqat işinə həvəslə yanaşmaları, elmi rəhbərlərin tövsiyələrinə düzgün əməl etmələri xüsusi vurğulanıb.

Beləliklə, ilkin müdafiədən uğurla çıxan iddiaçıların magistr dissertasiya işləri İxtisaslaşdırılmış Müdafiə Şurasında müdafiə olunmaq üçün təklif edilib.