Ana Səhifə / Xəbərlər

Xəbərlər

03 Jun 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də GƏNC MAGİSTRLƏRİN ELMİ-TƏDQİQAT İŞLƏRİ MÜZAKİRƏ OLUNUB

 
03 iyun 2021-ci il

Gənclərin elmi-tədqiqat işləri ilə bağlı peşə səviyyələrini artırmaq, onları istiqamətləndirmək məqsədilə Geologiya və Geofizika İnstitutunda (GGİ) fəaliyyət göstərən “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində seminar keçirilib.

Tədbiri GGİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanova giriş sözü ilə açaraq iştirakçıları seminarın gündəliyi ilə tanış edib. Bildirib ki, magistrlərin təqdim edəcəkləri məruzələrin müzakirəsi dissertasiya müdafiəsinə hazırlıq məqsədi daşıyır.

Sonra GGİ-də magistratura təhsili alan II kurs gənclərin yerinə yetirdikləri dissertasiya elmi işlərinin nəticələrinə dair elmi məruzələr dinlənilib.

“Palçıq vulkanizmi” şöbəsinin böyük laborantı Aygün Nağızadənin, “Neftli-qazlı hövzələrin litogenezisi” şöbəsinin böyük laborantı Reyhan Qaraşovanın və “Palçıq vulkanizmi” şöbəsinin böyük laborantı Orxan Mehdiyevin təqdimatları maraqla dinlənilib. Çoxsaylı suallar cavablandırılıb, həmçinin gənc alimlərə apardıqları tədqiqatlarla bağlı tövsiyələr verilib.