Ana Səhifə / Xəbərlər

Xəbərlər

25 Jun 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də ELMLƏR VƏ FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ TƏHSİL ALANLARIN ATTESTASİYASI İLƏ BAĞLI TƏDBİR

 
25 iyun 2021-ci il

Geologiya və Geofizika İnstitutunun (GGİ) doktorantura və dissertanturasına elmlər və fəlsəfə doktoru hazırlığı üzrə təhsil alanların attestasiyası ilə bağlı yaradılmış komissiyanın iclası keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini AMEA müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə iyun ayının 23 keçirilən iclasda fəlsəfə doktorluğu üzrə hazırlıq keçən 4 doktorant və fəlsəfə doktorluğu üzrə hazırlıq keçən 8 dissertant attestasiya olunub. Attestasiya komissiyası doktorant və dissertantların fərdi iş planlarının yerinə yetirilməsi, minimum imtahanlarının verilməsi, məqalələrin yerli, xarici və impakt faktorlu nəşrlərdə çapı ilə maraqlanıb. Həmçinin dissertasiya işlərinin gedişatında böyük əhəmiyyət daşıyan çöl işlərində iştirak barədə sorğu keçirilib.

İyun ayının 24-də İnstitutun direktoru akademik Akif Əlizadənin sədrliyi ilə reallaşan iclasda komissiya üzvləri elmlər doktoru proqramı üzrə dissertanturada təhsil alan 11 dissertantın təqdim olunan dissertasiya işlərinin icrası barədə hesabatını dinləyiblər. Tədbirdə işin gedişatında rast gəlinən bəzi çətinliklər, problemlər səsləndirilib. GGİ rəhbərliyi dissertasiya işlərinin uğurlu icrası naminə deyilən poblemlərin faktiki həlli üçün dəstək verəcəyini bildirib.