Ana Səhifə / Xəbərlər

Xəbərlər

06 Jul 2021 Diqər xəbərlər Diqər xəbərlər

“AzerGold” QSC GGİ ƏMƏKDAŞLARINI TƏLTİF EDİB

 
06 iyul 2021-ci il

Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri Tələt Kəngərli, GGİ-nin aparıci elmi işçisi Nəriman Qurbanov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində geologiya elminin və dağ-mədən sahəsinin inkişafında mühüm xidmətlər göstərmiş geoloqlarla görüşdə iştirak ediblər.

QSC-in fəaliyyətə başlamasının 5-ci ildönümünə həsr edilmiş görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dağ-mədən sənayesinin ölkənin iqtisadi inkişafındakı rolundan, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb. Sədr Cəmiyyət üçün əlamətdar olan 5 iyul tarixinin Azərbaycanın zəngin təbii resurslarının araşdırılması və geologiya elminin tədris edilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmiş dəyərli ziyalılara verilən yüksək dəyərdən qaynaqlandığını bildirib.

Z.İbrahimov bundan sonrakı dövrdə də Cəmiyyətin qarşıya qoyulan hədəflərə nail olmaq üçün mütəxəssislərlə əməkdaşlığa, o cümlədən geoloq alimlərlə birgə çalışmalara üstünlük verəcəyini vurğulayıb.

Tədbirdə “AzerGold” QSC-nin 5 illiyi münasibətilə Azərbaycanda dağ-mədən sahəsinin inkişafındakı xidmətlərinə görə GGİ-nin direktoru akademik Akif Əlizadə, İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri Tələt Kəngərli, aparıcı elmi işçi Nəriman Qurbanov “Təşəkkürnamə” və qiymətli hədiyyələrlə təltib ediliblər.