Ana Səhifə / Xəbərlər

Xəbərlər

31 Oct 2022 Nəşrlər Nəşrlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ KİTABLAR NƏŞR EDİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda “Аннотированный библиографический указатель диссертаций, защищенных в Институте геологии и геофизики (по опубликованным авторефератам) за период 1934-2018г.г.” (“1934-2018-ci illər ərzində Geologiya və Geofizika İnstitutunda müdafiə olunmuş dissertasiyaların biblioqrafik göstəriciləri (nəşr olunmuş avtoreferatlara əsasən)” kitabı çapdan çıxıb.

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu“Nafta-Press”nəşriyyatında hazırlanmış 458 səhifəlik kitabın baş redaktoru akademik Akif Əlizadə, elmi redaktoru akademik Əkpər Feyzullayev, tərtibçi redaktor t.e.n Dilquşə Mirzəyevadır. Nəşrdə 84 il ərzində İnstitutun geoloq alimlərinin əldə etdikləri elmi tədqiqatların nəticələri haqqında məlumatlar təqdim olunur.

GGİ-də eyni zamanda “Tətbiqi və nəzəri geologiya kursu” ikicildliyi oxuculara təqdim edilib. Bu kitablar Geologiya və Geofizika İnstitutu Elmi şurasının qərarı ilə çap olunub. Elmi redaktoru akademik Akif Əlizadə olan nəşrin birinci cildi “Geotektonika və Geodinamika”, “Litosferin öyrənilməsində əsas geofiziki wsullar”, “Çöküntütoplanma şəraiti və fasiya”, ”Genetik mineralogiya”, “Maqmatik və metamorfik sqüxurların petroqrafiyası” fəsillərini ehtiva edir. Bu fəsillərdə lakonik formada geologiya elminin müxtəlif sahələrini əhatə edən yığcam məlumatlar yer alıb. Sorğu xarakterli kitabın materialları 14 müəllif tərəfindən hazırlanıb.

Yeddi fəsildən ibarət “Tətbiqi və nəzəri geologiya kursu” kitabının ikinci cildi də dərs vəsaiti qismində , magistrlər, doktorantlar və gənc mütəxəssislər üçün tətbiqi və nəzəri geologiyanın qısa təlimi kimi nəzərdə tutulub.

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ KİTABLAR NƏŞR EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ KİTABLAR NƏŞR EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ KİTABLAR NƏŞR EDİLİB
next
next