Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Oct 2022 İclaslar İclaslar

GGİ-də KEÇİRİLİMİŞ ELMİ SEMİNARDA ÖLKƏDƏ MÖVCUD RADİASİYA DURUMU MÜZAKİRƏ EDİLİB

Geologiya və Geofizika İnstitutunda keçirilmiş Yer elmləri sahəsində Ümumrespublika elmi seminarı “Azərbaycanda radiasiya fonunun əhalinin həyat keyfiyyətinə və uzunömürlülüyünə təsiri” mövzusunda fənlərarası tədqiqatlara həsr edilib.

Elmi seminarın işində GGİ alimləri ilə yanaşı, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Neft-Qaz İnstitutunun direktoru akademik Fəxrəddin Qədirov, Radiasiya Problemləri İnstitutunun, Fövqəladə Hallar Nazirliyinin, Respublika Seysmoloji Xidmət Mərkəzinin, Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə Azərbaycan ərazisinin spesifik geoloji xüsusiyyətlərə malik olduğunu və buna görə də tibbi geologiyanın inkişafının ölkə üçün xüsusi strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Akademik bu xüsusda məruzə üçün sözü GGİ əməkadşı y.e.f.d. Fərəh Mahmudovaya verib.

F.Mahmudova bildirib ki, Azərbaycanda tibbi geologiyanın əsas istiqamətlərindən biri radiasiya fonunun, həmçinin radon və onun parçalanma məhsullarının insan sağlamlığına təsirinin öyrənilməsidir. İnsan tərəfindən təbii mənbələrdən qəbul edilən ümumi şüalanma dozasının 40-75%-i radon və onun parçalanma məhsullarının payına düşür.

Yerinə yetirilmiş tədqiqatlar əsasında Azərbaycan ərazisi radon təhlükəsi (daxili məkanlarda radonun həcmi aktivliyi) dərəcəsinə görə 4 zonaya bölünüb: təhlükəli (200-400 Bk/m3), orta təhlükəli (100-200 Bk/m3), şərti olaraq təhlükəsiz (50-100 Bk/m3) və təhlükəsiz (˂50 Bk/m3). Müəyyən edilmişdir ki, radon konsentrasiyasının yüksək göstəricilərinin xarakterik olduğu Böyük və Kiçik Qafqaz və Talışın dağlıq-qırışıqlıq zona hüdudlarında ağciyərin bədxassəlli törəmələri ilə xəstələnmə xüsusilə yüksəkdir.

Məruzəçi daha sonra vurğulayıb ki, tədqiqatlar zamanı radiasiyanın kiçik dozalarının mezenximal sütun hüceyrələrində orqanizmdə gedən apoptoz prosesinin yavaşıdılmasına yönəlmiş siqnal mexanizmini aktivləşdirdiyi müəyyən edilib. Bunları nəzərə alaraq uzunömürlülərin daha çox məskunlaşdığı Talış regionunda ətraflı radiometrik, tibbi-bioloji və tibbi sosioloji tədqiqatlar yerinə yetirilib, yaşayış məntəqələrində, torpaqda və suda radonun həcmi aktivliyinin səviyyəsinin monitorinqi aparılıb, region üçün xarakterik olan yaş xüsusiyyətləri analizdən keçib.

Daha sonra məruzə ilə bağlı çoxsaylı suallar cavablandırılıb və mövzu üzrə çıxışlar dinlənilib.

Akademik Akif Əlizadə araşdırma və faktların zənginliyi baxımından Fərəh Mahmudovanın təqdimatını yüksək qiymətləndirib, eyni zamanda radiasiya tədqiqatları ilə bağlı qurumların bu problemin daha dərindən və ətraflı araşdırılmasında gələcək müştərək fəaliyyətini arzuolunan hesab edib. 

GGİ-də KEÇİRİLİMİŞ ELMİ SEMİNARDA ÖLKƏDƏ MÖVCUD RADİASİYA DURUMU MÜZAKİRƏ EDİLİB
GGİ-də KEÇİRİLİMİŞ ELMİ SEMİNARDA ÖLKƏDƏ MÖVCUD RADİASİYA DURUMU MÜZAKİRƏ EDİLİB
GGİ-də KEÇİRİLİMİŞ ELMİ SEMİNARDA ÖLKƏDƏ MÖVCUD RADİASİYA DURUMU MÜZAKİRƏ EDİLİB
GGİ-də KEÇİRİLİMİŞ ELMİ SEMİNARDA ÖLKƏDƏ MÖVCUD RADİASİYA DURUMU MÜZAKİRƏ EDİLİB
next
next