Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 Oct 2022 İclaslar İclaslar

GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) bu elmi müəssisənin baş direktoru Akif Əlizadənin iştirakı ilə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Vladislav Zaalişvili (Vladiqafqaz) ilə görüş keçirilib. Görüş çərçivəsində “Şimali Osetiya ərazisinin seysmik təhlükəsi” mövzusunda elmi seminar reallaşıb.

GGİ “Seymologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin bilavasitə təşkilatçılığı ilə baş tutmuş tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbirdə geofizika, mühəndis seysmologiyası və seysmik dayanıqlı tikintinin fiziki əsasları, qruntların qeyri-xəttiliyi, dağıntı fizikası, ərazinin təhlükəsi və riski sahəsində görkəmli alim və ekspert Vladislav Zaalişvilinin təqdimatı maraqla dinlənilib.

Rusiyalı qonaq tədbir iştirakçılarının mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Akademik Akif Əlizadə tədbirin sonunda elmi müəssisə kollektivi adından Vladislav Zaalişviliyə təşəkkür edib. Həmçinin bildirib ki, qarşıdakı illərdə geoloji təhlükələrin tədqiq olunmasında multidissiplinar tədqiqatların aparılması üçün GGİ ilə qarşı tərəfin regional geologiya, geodinamika, geofizika və tektonika isiqamətlərində müştərək layihələrin həyata keçirilməsi arzuolunandır.

Məruzəçi sonda dəvətə, görüşün təşkilinə və xoş münasibətə görə minnətdarlığını ifadə edib. 

GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
GGİ-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
next
next