Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Sep 2022 İclaslar İclaslar

GGİ-də MAGİSTRLƏRİN ATTESTASİYASI KEÇİRİLİB

Geologiya və Geofizika İnstitutunda “Geologiya” ixtisası üzrə təhsil alan II kurs magistrantlarının attestasiyası keçirilib. Magistrantların elmi rəhbərlərinin də iştirak etdiyi attestasiya tədbiri GGİ-nin icraçı direktoru AMEA müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə reallaşıb.

Tədbirin gedişatında ”Petrologiya” ixtisası üzrə təhsil alan magistrantların yay imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin nəşri, elmi konfranslarda iştirak və həmçinin dissertasiya işlərinin durumuna aid məsələlər müzakirə edilib.

İclasda iştirak edən elmi rəhbərlər attestasiya olunan magistrantların elmi tədqiqatları, çöl işləri və dissertasiya mövzuları üzərində sərbəst işləmələri haqqında komissiyaya məlumat veriblər. Beləliklə, Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.

Komissiyanın qərarı GGİ-nin Elmi şurasına təqdim ediləcək.

GGİ-də MAGİSTRLƏRİN ATTESTASİYASI KEÇİRİLİB
GGİ-də MAGİSTRLƏRİN ATTESTASİYASI KEÇİRİLİB
GGİ-də MAGİSTRLƏRİN ATTESTASİYASI KEÇİRİLİB
GGİ-də MAGİSTRLƏRİN ATTESTASİYASI KEÇİRİLİB
next
next