Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Dec 2010 Diqər xəbərlər Diqər xəbərlər

XX ƏSRDƏ DÜNYA NEFT VƏ QAZ HASİLATI VƏ GƏLƏCƏYƏ PROQNOZLAR



Xülasə
 
 
Dünya üzrə neft və qazın hasilatı çox mühüm rəqəmlərə çatmışdır. 2006-cı ildə 3,9 mlrd.t neft və 2,9 trln.m3 qaz hasil edilmişdir. Bir çox xarici mütəxəssislər belə hesab edir ki, XXI-ci əsrin əvvəllərində dünya neft və qaz hasilatı öz zirvəsinə çatacaq, bundan sonra azalmağa doğru yönələrək bəşəriyyəti neft qıtlığına məruz qoyacaq.
Müəlliflər öz hesablamalarında neft və qazın hal-hazırki sənaye ehtiyyatlarına əsaslanmışlar. Lakin, XXI-ci əsrdəki mühüm və kifayət qədər ehtiyyat artımı aşağıda adları çəkilən obyektlərin işlənməsi nəticəsində əldə ediləcək: 200-dən artıq tədqiq olunmamış çökmə hövzəsində axtarış-kəşfiyyat işləri; dəniz və okeanların şelfyanı (sahəsi 25 mln.km2) və dərin zonaların mənimsənilməsi; istismar olunan neft-qaz vilayətlərdə aşağı struktur mərtəbələrin dərində yatan horizontlarına qazma işlərinin aparılması; suda həll olmuş qazlar, təbii bitumlar, yanar şistlər, qaz-hidratlar və s.
Dünya üzrə yekun proqnoz ehtiyyatlar neft üçün 3238 mlrd.t və qaz üçün 1601 trln.m3 təşkil edir. Bu ehtiyyatların istismar müddəti neft üçün 270 il, qaz üçün isə 340 il, Azərbaycanda isə müvafiq olaraq 180-360 il və 126-210 il davam edəcək.
Məqalədə sadalanan məlumatlar belə bir nəticə çıxarmağa imkan verir ki, istər Azərbaycanı, istərsə də bütün dünyanı gələcək əsrlərdə karbohidrogen qıtlığı təhlükəsi gözləmir.