Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Dec 2010 Diqər xəbərlər Diqər xəbərlər

CƏNUBİ XƏZƏR HÖVZƏSİNDƏ KARBOHİDROGENLƏRİN SAXLANMA ŞƏRAİTİ



Xülasə
 
 
Məqalədə bu günə qədər yerinə yetirilmlş, bu və yaxud digər dərəcədə Cənubi Xəzər hövzəsində (CXH) karbohidrogenlərin (KH) saxlanma şəraitinin xüsusiyyətlərinə həsr edilmiş pərakəndə tədqiqatlar ümumiləşdirilmişdir. KH yığımlarının dağılmasının kəmiyyət və key­fiyyət xarakterini müəyyən edən əsas faktorları mexaniki, fiziki, kimyəvi və biokimyəvi proseslər kompleksi kimi təsnif etmək olar. Bu faktorların  proseslərin hər birinin CXH-də KH-in saxlanmasına təsiri ayrı-ayrılıqda baxılmışdır. Neft yığımlarının ən intensiv dağılması, tekto­nik yarılmalar və palçıq vulkanizminin inkişafı ilə şərtlənən, fəal flüid dinamikası zonalarında qeyd olunur. KH yığımlarında qaz faktorunun dərinlik üzrə artması müəyyən edilərək, yığımla­rının saxlanma dərəcəsinin artdığına dəlalət etdiyi müəyyən edilmişdir. CXH-də güclü deqaza­siya ən çox qalxım və eroziyaya məruz qalmış strukturlar üçün xarakterikdir. Aparılmış tədqi-qatlar CXH-də neftlərin hipergen, həm geokimyəvi, həm də biokimyəvi, dəyişikliklərinin 2 km dərinliyə qədər müşahidə edildiyini iddia etməyə imkan verir. CXH-də neft yataqlarının təqribən 70 %-inin bu və ya digər dərəcədə neftlərin oksidləşməsi və biodeqradasiyası zonasında yerləş­məsi təyin edilmişdir; bunlar əsasən hövzənin cinahında yerləşən yataqlardır. Lay temperaturu­nın səlis metodik qaydalara əsasən ölçmələri və və bu ədədlərin ekstrapolyasiyası müəyyən ehtimal ilə CXH-də maye KH-in mövcudluğunun kritik dərinliyini qiymətləndirməyə imkan vermişdir. Bu səviyyə, temperaturun 175-200°S kritik qiymətinə cavab verən, 11,5-13,5 km dərinlik intervalina uyğun gəlir.