Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Dec 2010 Diqər xəbərlər Diqər xəbərlər

PALÇIQ PİLPİLƏSİ YATAĞININ QALD-4 HORİZONTUNUN ŞİMAL-ŞƏRQ QANADININ I BLOKU TİMSALINDA SUVURMANIN TƏSİRİNİN DİNAMİKİ ANALİZİ



Xülasə
 
 
Bu məqalədə Palçıq Pilpiləsi yatağı QALD-4 horizontunun şimal-şərq qanadının I bloku timsalında suvurmanın təsirinin dinamiki analiz məsələsinə baxılıb. Yatağın texno­loji göstəricilərin analizinə əsasən göstərilib ki, intensiv suvurma quyuların vaxtından əvvəl sulaşmasına gətirib çıxarıb.Göstərilib ki, suvurma prosesi ancaq lay təzyiqinin saxlanılması nöqtəyi nəzərdən yox, həmçinin də özünü təşkil etmə prosesləri nəzərdən baxılmalıdır.İşlənilmənin göstəriciləri Xerst metodu ilə interpretasiya olunub. Bu metod işlənilmə prosesində suyun təsiri və özünü təşkil etmə prosesləri dövrlərini tapmağa imkan verib. İşlənilmə göstəricilərin dinamiki analizi əsasında müəyyən olunmuşdur ki, suvurma prosesi özünü təşkil prosesləri nöqtəyi nəzərdən vaxtaşırı aparılmalıdır.