Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Jun 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-nin GƏNC MÜTƏXƏSSİSİ GEOFİZİKİ TƏCRÜBƏ İŞLƏRİNDƏ

 
14 iyun 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitututun (GGİ) “Seysmologiya və geomaqnetizm” şöbəsinin böyük laborantı, Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistr tələbəsi Rəşad Abbasov geofiziki çöl işlərində iştirak edib.

Bibiheybət-Şıxov sahilyanı ətrafı əhatə edən çöl işlərindən məqsəd Elektro-tomoqrafiya müqaviməti (ingiliscə, Electrical resistivity tomography, ERT) üsulu vasitəsilə ərazinin elektrik xüsusiyyətlərinin, fiziki xassələrinin öyrənilməsi, qruntlarda dəniz tipli çöküntüləri, intruziyaları təyin etməkdir. Əldə edilən ölçülərə müxtəlif müasir proqramlar vasitəsilə emal və interpretasiya tətbiq edilmişdir. Nəticədə, ərazinin elektrik müqavimət vahidlərini özündə ehtiva edən ERT modellər qurulmuşdur. Nəticələr hidrogeoloji, mühəndisi-geoloji tədqiqatlarda kompleks geofiziki üsulların tətbiqi baxımından əhəmiyyət kəsb edir.

ERT nəticələr həmçinin geoloji mühitin öyrənilməsində, zəlzələlərin başvermə proseslərinin arasında korrelyativ asılılıqların müəyyən edilməsində və təhlilində istifadə ediləcəkdir.