Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Jun 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də 9 GƏNC MAGİSTR ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLÜB

 
18 iyun 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) magistraturasında ayrı-ayrı ixtisaslar üzrə İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şuralarının iclasları keçirilib. AMEA prezidentinin 17 may 2021-ci il tarixli sərəncamına əsasən yaradılmış Müdafiə Şuralarında 5 ixtisaslaşma üzrə 9 magistr dissertasiyasının müdafiəsi baş tutub. İclaslar AMEA Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə reallaşıb.

“Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə təhsillərini bitirmiş II kurs magistrantları magistrlik dissertasiyalarını AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun və akademik Pərviz Məmmədovun sədrliyi ilə keçirilən iclaslarda İxtisaslaşdırılmış müdafiə şurasının qarşısında təqdim ediblər. Dissertasiya işləri Müdafiə Şuraları tərəfindən mövcud əsasnaməyə uyğun olaraq müzakirə edilərək qiymətləndirilib. Beləliklə, 9 gənc 2020/2021-ci tədris ilində magistrlik dissertasiya işlərini müdafiə edərək magistr elmi dərəcəsinə layiq görülüb.