Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Jun 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də DİSSERTASİYA ŞURASININ ONLAYN İCLASI KEÇİRİLİB

 
30 iyun 2021-ci il

GGİ-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.01 Dissertasiya şurasının onlayn iclası keçirilib.

Akademik Əkpər Feyzullayevin sədrliyi ilə keçən onlayn iclasda AMEA Geologiya və Geofizika İnstitutunun keçmiş doktorantı “Geoloji mühitin radiometriyası” şöbəsinin elmi işçisi Fərəh Fuad qızı Mahmudovanın 2508.01 – “Geoekologiya” ixtisasında yer elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Особенности формирования поля радона и его возможное патогенное влияние (на примере территории Азербайджана)” (“Radon sahəsinin formalaşma xüsusiyyətləri və onun mümkün patogen təsiri (Azərbaycan ərazisi timsalında)”) mövzusunda dissertasiya işinin müdafiəsi reallaşıb.

Müdafiə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair tələblərə uyğun keçirilib.

Elmi işin rəhbəri AMEA-nın müxbir üzvü, g.-m.e.d., prof. Çingiz Əliyev, rəsmi opponentlər AMEA-nın müxbir üzvü, g.-m.e.d. Tələt Kəngərli , b.e.d., prof. Nəriman İsmayılov , y.e.d. və dos. Rasim Əliyevdir.

F.Mahmudova dissertasiya işinin əsas məzmunu, müdafiə olunan müddəaları və tədqiqat işinin nəticələrindən irəli gələn elmi yeniliklər haqqında məlumat verib, çoxsaylı sualları cavablandırıb. Sonra elmi iş ətrafında geniş müzakirələr keçirilib.

Elektron səsvermədən sonra yekun rəyin layihəsi müzakirə olunub. Qərara alınıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında Fərəh Fuad qızı Mahmudovaya 2508.01 – “Geoekologiya” ixtisası Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.