Ana Səhifə / Xəbərlər

Xəbərlər

22 Jul 2021 Diqər xəbərlər Diqər xəbərlər

NEFT VƏ QAZ VƏ GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUTLARININ ALİMLƏRİ QAZ EHTİYATLARI PROQNOZLAŞDIRIBLAR

 
22 iyul 2021-ci il

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz və Geologiya və Geofizika İnstitututlarının alimləri Cənubi Xəzər hövzəsində (CXH) geoloji şəraitin, neftqazlılığın və karbohidrogenlərin faza halının məkanda dəyişkənliyin təhlilinə həsr olunmuş xeyli sayda kompleks geoloji-geofiziki və geokimyəvi tədqiqat aparıblar. Bu da müasir elmi metodların və yanaşmaların tətbiqi ilə aparılmış bu tədqiqatların nəticələri CXH-də axtarış-kəşfiyyat işlərinin istiqamətləndirilməsinə aid əsaslandırılmış təkliflər hazırlamağa imkan yaradıb.

Yer qabığının quruluşunun heterogenliyi (qeyribircinsliyi) (qlobal, regional və lokal) və onun çökmə kompleksində neft və qaz ehtiyatlarının məkanda qeyri-bərabər paylanmasının fundamental xüsusiyyətinin nəzərə alınmaqla təkliflərdən biri cari ildə akademik Əkpər Feyzullayev, akademik Fəxrəddin Qədirov və g.-m. e.n. Şahvələd Köçərli tərəfindən hazırlanıb.

CXH neft və qaz yataqlarının əmələ gəlməsinin tektono-geofıziki modelə əsaslanan bu təklifdə hövzənin dərin sulu hissəsində kəşfiyyat qazma üçün birinci növbəli obyektlər əsaslandırılıb və onlarda gözlənilən qaz ehtiyatları proqnozlaşdırılıb.

Təklif rəsmi olaraq (12.02.21 tarixli 02/22 saylı məktub) SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə ünvanlanıb.