Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Sep 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ƏMƏKDAŞLARININ ÖVLADLARINA “BİLİK GÜNÜ” MÜNASİBƏTİLƏ HƏDİYYƏLƏRTƏQDİM OLUNUB

 
21 sentyabr 2021-ci il

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsi (HİK) təşəbbüsü ilə “Bilik Günü” ilə əlaqədar elmə xidmət edən İnstitut əməkdaşlarının sosial təminatının yaxşılaşdırılmasına töhfə vermək və övladlarında elmə ibtidai həvəs yaratmaq məqsədilə məktəb ləvazimatlarından ibarət hədiyyələr alınmışdır.

İnstitut əməkdaşlarının 50 nəfərdən çox məktəbli övladları üçün (onlardan 10 nəfəri ilk dəfə məktəbə gedəcək) alınan hədiyyələr Covid–19 pandemiyası ilə bağlı müvafiq tələblərə əməl olunmaqla GGİ HİK sədri, institutun “Beynəlxalq əlaqələr” şöbəsinin rəhbəri geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev tərəfindən kollektiv əməkdaşlarına təqdim olunmuşdur.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi