Ana Səhifə / Xəbərlər

Xəbərlər

22 Sep 2021 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR

 
21 sentyabr 2021-ci il

Geologiya və Geofizika İnstitutunun “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin baş elmi işçisi Oktay Babazadə 82 yaşında vəfat etmişdir.

Babazadə Oktay Baba oğlu 1939-cu ildə Bakı şəhərində doğulmuşdur. 1963 –cü ildə “dağ-mədən mühəndis-geofizik” ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Sənaye Universiteti) bitirmişdir. Cənub Elmi Tədqiqat Geofizika İnstitutunda işləmişdir. SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun aspiranturasında oxumuşdur. 1974-cü ildən “Azərbaycanın yer qabığının dərinlik yarıqlarının geofiziki anomaliyalara görə tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ocaq zonalarının dərinlik yarıqlarını ayırmaq və istiqamərlərini təyin etmək üçün difraksiya dalğalarının interpretasiyası, dərinlik yarıqlarının seysmik-geofiziki göstəricələri və seysmik sərhəd relyefinə görə seysmik təhlükənin orta və uzun müddətli proqnozlaşdırılmasının korrelyasiya üsulunu işləyib hazırlamışdır. Zəlzələlərin proqnozu problemi ilə məşğul olmuşdur. Güclü zəlzələdən qabaq palçıq vulkanı püskürməsinin miqrasiyası hadisəsini tədqiq etmişdir. O, Azərbaycan üçün yeni ümümi seymik rayonlaşdırma sxemini, Qafqaz-Cənub-Xəzər-İran regionu üçün seysmokinematikanın blok geodinamik və güclü zələlələrin uzunmüddətli proqnozu modelini qurmuşdur. Alim seysmik üsulların, o cümlədən əks olunan dalğaların şaquli seysmik zondlanmasının köməyi ilə kəsilişdəki kollektorları proqnozlaşdırmış və yumuşalmış süxurların inversiya sürət zonalarının müəyyən edilməsinə və əks olunan dalğa siqnallarının energetik təsəvvürlərinə əsasən flüidlə doyma dərəcəsini qiymətləndirmişdir. Həmçinin yeni istiqamət olan struktur-ocaq seysmologiyası əsasında zəlzələlərin ocaq zonalarının seymik geodinamikası problemini tədqiq etmişdir.

İstedadlı alim 100-dən çox çap olunmuş elmi işin, 2 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 5 elmlər namizədi yetişib.

Oqtay Babazadə həmkarlarının və onu tanıyanların xatirəsində həmişə yaşayacaqdır.


Allah rəhmət eləsin!