Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Sep 2021 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA QƏBUL İMTAHANLARI KEÇİRİLIİB

 

23 sentyabr 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) 2021-2022-ci tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanları reallaşıb.

İmtahanlar 2512.01-“Ümumi və regional geologiya” (“Paleontologiya və stratiqrafiya”); 2507.01-“Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları”; 2521.01-“Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisasları üzrə test üsulu ilə keçirilib.

Qəbul imtahanının aparılması ilə bağlı ixtisaslar üzrə müvafiq komissiyalar təşkil edilib. İmtahanlarda akademik Fəxrəddin Qədirov, akademik Əkpər Feyzullayev və g.-m.e.d., professor Musa Məmmədov sədr kimi iştirak ediblər.

Uğurla başa çatan imtahanlar AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin əməkdaşları tərəfindən müşahidə edilib.