Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Oct 2021 Diqər xəbərlər Diqər xəbərlər

AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN GƏNC ALİMİ GEOFİZİKİ TƏDQİQATLARDA İŞTİRAKINI DAVAM EDİR

 
5 oktyabr 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitututun “Seysmologiya, geomaqnetizm və petrofizika” şöbəsinin böyük laborantı, Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistr tələbəsi Rəşad Abbasov geofiziki çöl işlərində iştirakını davam edib.

Bibiheybət-Şıxov sahilyanı ətrafı əhatə edən çöl işlərindən məqsədi georadar, sınma seysmik dalğalar, gravimetriya, elektrik tomoqrafiya müqaviməti (ingiliscə, Georadar (GPR, ground penetrating radar), seismic refraction, gravimetry, electrical resistivity tomography - ERT) üsulları vasitəsilə ərazinin topoqrafiyası, gravitasiya anomaliyalarını, elektrik xüsusiyyətləri, fiziki xassələri, ətraf mühitin xarakteristikasının öyrənilməsi, qruntlarda dəniz tipli çöküntüləri, intruziyaları, ərazinin strukturunu, qırılma zonalarının təyin edilməsi idi. Əldə edilən ölçülərə müxtəlif müasir proqramlar vasitəsilə emal və interpretasiya tətbiq edilmişdir. Nəticədə, ərazinin gravitasiya modeli, seysmik profili və elektrik müqavimət vahidlərini özündə ehtiva edən ERT modellər qurulmuşdur. Nəticələr hidrogeoloji, mühəndisi-geoloji tədqiqatlarda kompleks geofiziki üsulların tətbiqi baxımından əhəmiyyət kəsb edir.

Geofiziki tədqiqat nəticələri həmçinin geoloji mühitin öyrənilməsində, zəlzələlərin başvermə dinamikası arasında korrelyativ asılılıqların müəyyən edilməsində və davamlı təhlilində istifadə ediləcəkdir.