Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Oct 2021 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOQ ALIMLƏRİN NÖVBƏTİ ELMİ MƏQALƏSİ ƏN YÜKSƏK REYTİNQLİ JURNALDA DƏRC OLUNUB

 
8 oktyabr 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitutu "Palçıq vulkanizmi" şöbəsinin rəhbəri professor Adil Əliyevin, həmin şöbənin aparıcı elmi işçisi, dosent Orxan Abbasovun və elmi işçi Elnur Baloğlanovun həmmüəllif olduqları məqalə neft-qaz geologiyası sahəsində dünyanın bir nömrəli jurnalı hesab olunan Q1 kateqoriyalı “Marine and Petroleum Geology” dərgisində işıq üzü görüb.Adıçəkilən jurnalın beşillik impakt faktoru 4,973-dür. Onu da qeyd edək ki, Amerikanın Geoloqlar Cəmiyyətinə məxsus “Geology” son 12 ildə geologiya üzrə ən yüksək reytinqə malik olan jurnalıdır. Həmin jurnalın beşillik impakt faktoru 5,412-dir.

Fransız alimlərlə aparılan çoxillik tədqiqatların nəticələrinə əsaslanan sözügedən elmi məqalə, yaylavarı və konusvari formaya malik palçıq vulkanlarının əmələgəlməsini şərtləndirən amillərin öyrənilməsinə, həmçinin daha əvvəllər məlum olmayan müəyyən qananuyğunluqların aşkarlanmasına həsr olunub.