Ana Səhifə / Xəbərlər

Xəbərlər

22 Nov 2021 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ ÜZRƏ ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ ALMAQ ÜÇÜN DİSSERTASİYA MÜDAFİƏ EDİLİB

 
22 noyabr 2021-ci il

Geologiya və Geofizika İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya şurasının onlayn iclası keçirilib. İclasda AMEA Geologiya və Geofizika İnstitutunun keçmiş dissertantı, SOCAR, Geologiya və Geofizika məsələləri üzrə vitse-prezidentin müşaviri Elçin Bağırovun 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisasında Yer elmləri üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Теоретические основы и методология оценки геологических рисков» («Geoloji risklərin qiymətləndirilməsinin nəzəri əsasları və metodologiyası») mövzusunda dissertasiya işinin müdafiəsi reallaşıb.

Dissertasiya işi AMEA Geologiya və Geofizika İnstitutunda yerinə yetirilib. Elmi rəhbər AMEA-nın həqiqi üzvü, g.-m.e.d. İbrahim Quliyev, rəsmi opponentlər AMEA-nın müxbir üzvü, g.-m.e.d. Elmira Əliyeva, g.-m.e.d., prof. Vaqif Kərimov, f.-r.e.d. Ədalət Həsənov, y.e.d. Vaqif Qədirovdur.

Dissertasiya işində geoloji risklərin qiymətləndirilməsinin nəzəri əsasları və metodologiyası işlənib. Bu metodologiya hövzə miqyasından ayrı-ayrı perspektiv sahələrə qədər bütün axtarış kəşfiyyat mərhələlərini əhatə edir. Metodologiyaya əsaslanaraq Azərbaycan ərazısındə hövzələrin, çöküntü toplanma komplekslərinin və perspektiv strukturlarda geoloji risklər qiymətləndirilib. Bundan əlavə, Cənubi Xəzər hövzəsinə məxsus spesifik geoloji təhlükələrin qiymətləndirilməsinin metodikası tərtib olunub və bu təhlükələrin riskləri qiymətləndirilib.

E.Bağırov dissertasiya işinin əsas məzmunu, müdafiə olunan müddəaları və tədqiqat işinin nəticələrindən irəli gələn elmi yeniliklər haqqında məlumat verib, sualları cavablandırıb. Həmçinin müdafiə ilə bağlı geniş müzakirələr keçirilib.

Elektron səsvermədən sonra yekun rəyin layihəsi müzakirə olunub. Qərara alınıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissi-yasının qarşısında Elçin Bağır oğlu Bağırova 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisasında Yer elmləri üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.