Monoqrafiyalar

Monoqrafiyada filizəmələgətirən 40-dan artıq metalın − qara, əlvan, nadir, nəcib və radioaktiv metalların tətbiqi, kəşf tarixi, ehtiyatları, hasilatı və istehlakı məsələlərinin çox qısa şərhindən sonra başlıca olaraq metalların bəzi fiziki və geokimyəvi xassələri, endogen və ekzogen mənşəli mineraləmələgəlmə proseslərində geokimyəvi davranış xüsusiyyətləri və mineralogeniyası kifayət dərəcədə dolğun, lakin olduqca yığcam və asan dərkolunan məzmunda verilmişdir.
Kitab müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, elm və təhsil adamları, istehsalatda çalışan geoloqlar, eləcə də ali məktəblərin geologiya fakültəsində müvafiq ixtisaslar üzrə, qismən də kimya fakültəsinin qeyri-üzvi kimya ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələri, magistrantlar, aspirantlar və dissertantlar üçün çox faydalı bilik mənbəyi ola bilər.

Azərbaycan Paleontologiya Cəmiyyətinin təsisi və paleontoloqların istehsalatdakı fəaliyyəti, beynəlxalq əlaqələri və s. barədə məlumatlar verilir. Oxucunu maraqlandıran bir sıra mühüm paleontoloji abidələr haqqında məlumatlar da kitaba daxil edilmişdir.
Kitabın ikinci hissəsində Azərbaycanda paleontologiya və stratiqrafiya elmlərinin əsasını qoyan və inkişaf etdirən paleontoloqların fotosu, elmi fəaliyyətini əks etdirən məlumatlar verilir.
Kitab geoloqlar, bioloqlar, pedaqoqlar, ali məktəb tələbələri və bu elmin tarixi ilə maraqlananlar üçün əhəmiyyət kəsb edə bilər, geniş oxucu kütləsi üçün faydalı vəsaitdir.

H.ZƏRDABİ ADINA TƏBİƏT TARİXİ MUZEYİ
