Ana Səhifə / Haqqımızda / Monoqrafiyalar

Monoqrafiyalar

PALÇIQ VULKANLARI HAQQINDA NƏ BİLİRİK?

PALÇIQ VULKANLARI HAQQINDA NƏ BİLİRİK?

Ad.A. Əliyev, İ.S. Quliyev, Ə.Ə. Feyzullayev) Bakı, 2012, "Qoliaf qroup" QSC, 206 s. (azərbaycan, rus və ingilis dilində)



Palçıq vulkanları təbiətin çox maraqh, unikal və sirli hadisəsi olaraq, dimyanm bir çox ölkəhrində inlişar tapmışdır. Palçıq vıdkanizmi problemi geologiya elminin mühüm tədqiqat istiqamətıdir və vıtlkanların öyrənilməsi, başhca olaraq, yerin dərin qatlarında neft-qaz yığımlarının axtarışı ilə əlaqədardır. Azərbaycanın əräzisi palçıq vulkanizminin inkişaf etdiyi klassik regiondur və heç də təsadüf deyil ki, Azərbaycan palçıq vulkanları diyarı saydtr. Bıırada həm quruda, həm də Xəzərin akvatoriyasmda 300-dən çox müxtəlif növ palçıq vulkanları və iəzahürləri mövcuddur. Onlar Azərbaycan alimləri tərəfindən hərtərəfli öyrənilir və alınan nəticələr monoqrafık elmi əsərlərdə, çoxsayh məqahlərdə öz əksini tapır. Müəlliflərin çapa hazırladığı kitabda Azərbaycanın və digər xarici ölkələrin palçıq vulkanları haqqında sadə dildə məlumat verilir. Məsələn, onların əmələ gəlməsi, səciyyəvi xüsusiyyətləri, təsnifatı, sahəboyu paylanma qanunauyğunluqları, fəaliyyəti, püskürmələri, neft-qaz yalaqları seysmikliklə əlaqəsi və maqmatik vıdkanlarla müqayisə olımaraq, geniş oxııcu kiitiəsi iiçün maraq doğuran bir çox məsəhhr, о cumhdən vulkan palçıqlarının müalicəvi əhəmiyyəti, püskürmə məhsıdlarından istifadəsi, vıdkanların qorunması, onların ekotıırizmə cəlb ohmması və s. açıqlanmışdır. Kitab olduqca aydın və başa düşülən formada yazılıb, palçıq vulkanizminin fundamental və tdcrübi aspektlərinin geniş sahnlnrini lazımınca işıqlandırır. Hesab etmək olar ki, bu əsər oxucıdar tərəfindən maraqla qarşdanacaq.
NEFT HAQQINDA NƏ BİLİRİK?

NEFT HAQQINDA NƏ BİLİRİK?

(İ.S. Quliyev, Ə.Ə. Feyzullayev, M.Ə. Efendiyeva) Bakı, 2012, "Qoliaf qroup" QSC, 286 s. (azərbaycan, rus və ingilis dilində)




Kitabda ümumi şəkildə neftin üzvi maddədən əmələ gəlməsi və karbohidrogenlərə çevrilməsi, onların miqrasiyası və yataqların formalaşmasından tutmuş, axtarış, hasilat, daşınma və emalına, eləcə də dünya birliyinin inkişafındakı rolıma qədər bütün aspektləri təsvir olunur. Azərbaycanın neft sənayesinin tarixinə xüsusi bölmə həsr edilmiş, bu sahədə baş vermis ən mühüm hadisələr haqqında məlumat verilmiş, Azərbaycanın ilk neft sənayeçiləri barədə qısa bioqrafik arayışlar təqdim edilmişdir.


Kitab bu problem ətrafında məlumatı olmayan, yaxud az məlumatı olan geniş oxucu kütləsinə ünvanlanır.

GEOLOGİYA İNSTİTUTU AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN 20 İLİ ƏRZİNDƏ

GEOLOGİYA İNSTİTUTU AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN 20 İLİ ƏRZİNDƏ

(Ak.A. Əlizadə) Bakı, Nafta-Press, 2011, 112 səh.





Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra Geologiya İnstitutunun alim-geoloqları əvvəllər mövcud olan beynəlxalq elmi əlaqələri daha sıx şəkildə qoruyub saxlamağa çalışmışlar. Bu isə, şübhəsiz, Azərbaycan geologiya elminin əsas məqsədinə - dünya elm birliyinə inteqrasiyasına cavab verir.

 
Hazırda cəsarətlə demək olar ki, İnstitutun elm aləmindəki nüfuzu təkcə milli deyil, həmçinin regional səviyyədə də təsdiqlənmişdir. Bu mənada İnstitut şübhəsiz liderdir və hətta bir sıra istiqamətlərdə İnstitut region sərhədlərini də aşa bilmişdir.

 
Azərbaycan öz müstəqilliyinə nail olduğu gündən artıq 20 il keçmişdir. Bu illər ərzində Respublika öz inkişafında nəhəng uğurlara nail olmuşdur. İqtisadiyyat, mədəniyyət, elm və təhsil yüksək templə inkişaf edir. AMEA Geologiya İnstitutu da öz ənənələrinə sadiq qalaraq, fundamental və tətbiqi problemlər sahəsində tədqiqatlara uğurla davam edir. Kitabda bütün bunlar haqqında geniş məlumat verilmişdir.
GEOTERMİYA-CƏNUBİ XƏZƏR HÖVZƏSİNİN İSTİLİK SAHƏSİ

GEOTERMİYA-CƏNUBİ XƏZƏR HÖVZƏSİNİN İSTİLİK SAHƏSİ

(Sabir Ağakişi oğlu Əliyev, Zümrüd Əli qızı Əliyeva) Bakı: “Elm” nəşriyyatı – 2011, 226 səhifə




Geotermiya geofizika elminin bir bölməsi olub Yer kürəsi daxilində və yer qabığında baş verən istilik evolyusiyası proseslərini öyrənir.


Azərbaycan dilində ilk dəfə nəşr olunan “Geotermiya-Cənubi Xəzər Hövzəsinin istilik sahəsi” adlanan bu kitabda geotermiya elmi haqqında geniş məlumat – geotermik tədqiqatların tarixi, yerin istilik mənbələri, geotermiyanın nəzəri problemləri, geotermik tədqiqatların aparılma metodikası və istifadə olunan cihazlar, çökmə hövzələrinin evolyusiyası və termik şəraiti və xüsusi bölmə kimi, Cənubi Xəzər Hövzəsinin neftli-qazlı yataqlarında aparılmış geotermik tədqiqatlar və CHX-nin istilik sahəsi strukturunun təhlili verilmişdir. Bundan başqa Azərbaycanın termal suları və sudaşıyıcı horizontlarının səciyyəsi də göstərilmişdir.


Kitabın geniş profilli geologiya və geofizika mütəxəssisləri üçün, həmçinin, uyğun ixtisas tədris müəssisələrinin tələbə, bakalavr, magistr və doktorantları üçün faydalı olacağı şübhəsizdir.