Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

ÖZLÜ-ELASTİKİ MAYENİN ELASTİKİ MƏSAMƏLİ MÜHİTDƏ SÜZÜLMƏSİ MODELİ ÜÇÜN LAY PARAMETRLƏRİNİN QUYULARİN HİDRODİNAMİK TƏDQİQATI MƏLUMATLARINA ƏSASƏN TƏYİNİ HAQQINDA

ÖZLÜ-ELASTİKİ MAYENİN ELASTİKİ MƏSAMƏLİ MÜHİTDƏ SÜZÜLMƏSİ MODELİ ÜÇÜN LAY PARAMETRLƏRİNİN QUYULARİN HİDRODİNAMİK TƏDQİQATI MƏLUMATLARINA ƏSASƏN TƏYİNİ HAQQINDA

(Z.A.Kərimov, T.Ş.Kazımova) #36 (2008)

Xülasə

 
Quyu dayandırıldıqdan sonra, ona maye axımını nəzərə almaqla, özlü-elastiki ma­ye­nin elastiki məsaməli mühitdə süzülməsi modelinə əsasən lay parametrlərinin quyudibi təzyiqinin bərpası əyriləri vasitəsi ilə hesablanması düsturları verilmişdir.
KARBOHİDROGEN YATAQLARINDA SÜXURLARIN XÜSUSİ ELEKTRİK MÜQAVİMƏTLƏRİNİN DƏYİŞMƏSİ QANUNAUYĞUNLUQLARININ ÖYRƏNİLMƏSİ VƏ ONLARIN FİZİKİ XASSƏLƏRİ İLƏ ƏLAQƏSİ

KARBOHİDROGEN YATAQLARINDA SÜXURLARIN XÜSUSİ ELEKTRİK MÜQAVİMƏTLƏRİNİN DƏYİŞMƏSİ QANUNAUYĞUNLUQLARININ ÖYRƏNİLMƏSİ VƏ ONLARIN FİZİKİ XASSƏLƏRİ İLƏ ƏLAQƏSİ

(A.Ə.İmanov, S.M.Səfiyarlı) #36 (2008)

Xülasə
 
 
Məqalədə ilk dəfə olaraq Bakı arxipelaqı yataqlarının timsalında Məhsuldar qatın VII horizontu süxurlarının xüsusi elektrik müqavimətlərinin, məsaməlilik əmsallarının və sıxlıqlarının lokal sahə və layların enmə istiqamətlərində dəyişməsi qanunauyğunluqları öyrənilmiş və bu parametrlər arasında əlaqələr yaradılmışdır. Alınmış asılılıqların riyazi emalı nəticəsində düsturlar çıxarılmışdır.
QOBUSTANIN YANAR ŞİSTLƏRİNİN GEOKİMYASI VƏ PİROLİZ MƏHSULLARININ TƏTBİQ SAHƏLƏRİ

QOBUSTANIN YANAR ŞİSTLƏRİNİN GEOKİMYASI VƏ PİROLİZ MƏHSULLARININ TƏTBİQ SAHƏLƏRİ

(A.J.İbadzadə, O.R.Abbasov) #36 (2008)


Xülasə
 
Məqalədə Qobustanın Cəngiçay, Cəngidağ, B.Siyəki və s. sahələrində yerləşən yanar şist yataqları, geokimyəvi təhlil edilmişdir. Cəngiçay (yer səthindən, quyulardan, xəndəklərdən), cəngidağ və digər sahələrin şistləri təhlil edilərək, onların tərkibində olan (əsas yanajaq üçün istifadə olunan) üzvi maddənin, kerogenin və külün miqdarı öyrənilmişdir. Yanar şistlərin tərkibində olan üzvi maddədən istifadə edilməsi məqsədi ilə yanma və piroliz prosesləri təhlil edilmişdir. Pirolizin aparılma şəraiti, alınan piroliz məhsullarının kimyəvi tərkibi öyrənilməklə onların sənayedə, kənd təsərrüfatında tətbiq sahələri müəyyənləşdirilmişdir. 
PALÇIQ VULKANLARININ QUYULARIN QAZILMASI GÖSTƏRİCİLƏRİ VƏ MÜRƏKKƏBLƏŞMƏLƏRİN TEZLİYİNƏ TƏSİRİNİN STATİSTİK TƏHLİLİ

PALÇIQ VULKANLARININ QUYULARIN QAZILMASI GÖSTƏRİCİLƏRİ VƏ MÜRƏKKƏBLƏŞMƏLƏRİN TEZLİYİNƏ TƏSİRİNİN STATİSTİK TƏHLİLİ

(Q.M. Əfəndiyev, V.N. Məmmədov) #36 (2008)

Xülasə
 
 
Məqalədə quyuların vulkandan məsafəsinin qazılma göstəricilərinə, yəni mexaniki sürət və süxurların bərkliyinə təsirinin təhlili nəticəsi verilmişdir. Göstərilmişdir ki, vulkandan olan məsafə artdıqca mexaniki sürət azalır, süxurların bərkliyi isə artır. Vulkan yaxınlığında yerləşən quyularda daha çox məhlul udulmaları kimi mürəkkəbləşmələr müşahidə olunur və vulkandan olan məsafə artdıqca onların tezliyi azalır. Üçölçülü fəza sistemində mexaniki sürətin, dəyişməsi və udulmaların quyular üzrə paylanması şəkilləri əks olunmuşdur.