Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

XX ƏSRDƏ DÜNYA NEFT VƏ QAZ HASİLATI VƏ GƏLƏCƏYƏ PROQNOZLAR

XX ƏSRDƏ DÜNYA NEFT VƏ QAZ HASİLATI VƏ GƏLƏCƏYƏ PROQNOZLAR

(F.H.Dadaşov, K.R.Hüseynov) #35 (2007)

Xülasə
 
 
Dünya üzrə neft və qazın hasilatı çox mühüm rəqəmlərə çatmışdır. 2006-cı ildə 3,9 mlrd.t neft və 2,9 trln.m3 qaz hasil edilmişdir. Bir çox xarici mütəxəssislər belə hesab edir ki, XXI-ci əsrin əvvəllərində dünya neft və qaz hasilatı öz zirvəsinə çatacaq, bundan sonra azalmağa doğru yönələrək bəşəriyyəti neft qıtlığına məruz qoyacaq.
Müəlliflər öz hesablamalarında neft və qazın hal-hazırki sənaye ehtiyyatlarına əsaslanmışlar. Lakin, XXI-ci əsrdəki mühüm və kifayət qədər ehtiyyat artımı aşağıda adları çəkilən obyektlərin işlənməsi nəticəsində əldə ediləcək: 200-dən artıq tədqiq olunmamış çökmə hövzəsində axtarış-kəşfiyyat işləri; dəniz və okeanların şelfyanı (sahəsi 25 mln.km2) və dərin zonaların mənimsənilməsi; istismar olunan neft-qaz vilayətlərdə aşağı struktur mərtəbələrin dərində yatan horizontlarına qazma işlərinin aparılması; suda həll olmuş qazlar, təbii bitumlar, yanar şistlər, qaz-hidratlar və s.
Dünya üzrə yekun proqnoz ehtiyyatlar neft üçün 3238 mlrd.t və qaz üçün 1601 trln.m3 təşkil edir. Bu ehtiyyatların istismar müddəti neft üçün 270 il, qaz üçün isə 340 il, Azərbaycanda isə müvafiq olaraq 180-360 il və 126-210 il davam edəcək.
Məqalədə sadalanan məlumatlar belə bir nəticə çıxarmağa imkan verir ki, istər Azərbaycanı, istərsə də bütün dünyanı gələcək əsrlərdə karbohidrogen qıtlığı təhlükəsi gözləmir.
YENİ MƏLUMATLARA ƏSASƏN AZƏRBAYCANIN ƏRAZİSİNDƏ ZƏLZƏLƏLƏRİN ZAMAN-MƏKAN PAYLANMASI QANUNAUYĞUNLUQLARI VƏ POTENSİAL OCAQ ZONALARI

YENİ MƏLUMATLARA ƏSASƏN AZƏRBAYCANIN ƏRAZİSİNDƏ ZƏLZƏLƏLƏRİN ZAMAN-MƏKAN PAYLANMASI QANUNAUYĞUNLUQLARI VƏ POTENSİAL OCAQ ZONALARI

(A.H.Həsənov) #35 (2007)


Xülasə
 
 
Məqalədə, Azərbaycan ərazisində seysmik müşahidə şəbəkəsinin son dövrlərdəki inkişafı və seysmikliyin tədqiqində yaranan geniş imkanlar analiz olunur. Əldə olunmuş çoxsaylı zəlzələ məlumatları əsasında Azərbayjan ərazisində seysmik təkanların zaman-məkan paylanması qanunauyğunluqları ətraflı öyrənilmiş, respublika ərazisində aktiv qırılma və potensial ocaq zonalarının məkan vəziyyəti müəyyənləşdirilmiş və orada gedən geodinamik proseslər izlənilmiş, həmçinin seysmik rayonlaşdırma və seysmik risk məsələlərinin həllinə dair nəticələr alınmışdır.
GEOLOJİ-GEOFİZİKİ VƏ EKOLOJİ MƏSƏLƏLƏRİN HƏLLİNDƏ QAMMA-SPEKTROMETRİYA TƏDQİQATLARI

GEOLOJİ-GEOFİZİKİ VƏ EKOLOJİ MƏSƏLƏLƏRİN HƏLLİNDƏ QAMMA-SPEKTROMETRİYA TƏDQİQATLARI

(Ç.S.Əliyev) #35 (2007)

Xülasə
 
 
Məqalədə müxtəlif geoloji-geofiziki və ekoloji məsələlərin həlli zamanı qamma-spektrometrik üsulların imkanları nəzərdən keçirilir.
Tektonik pozuntuların zonaları üzərindəki qamma-sahə öyrənilərkən, onun səviyyə-sinin əsasən radium əlavə edilməsi ilə artması, torium-uran və kalium-uran münasibətlə­rinin azalması müəyyən edilmişdir. Seysmik aktiv zonaların radioaktiv sahəsinin tətqiqi yeni anomaliyalar tipini aşkar etməyə imkan verdi və tektonik örtüklərin hərəkətləri, epi­sentral zonaların yeri, zəlzələlərin ocağı və s. barədə informasiya daşıdıqlarını göstərdilər.
Çöküntü kəsiyinin ayrı-ayrı stratiqrafik intervallarının tətqiqi ilə inteqral və spektral radioaktivliyin orqanik maddənin litoloji tərkibindən, yaşından və miqdarından asılılığı qeyd edilmişdir.
Neft və qaz yataqlarının axtarışı zamanı neft yataqları üzərindəki süxurlarda radio­aktiv elementlərin konsentrasiyasının azalması qamma-spektrometrik üsullarla müəyyən edilmişdir.
Palçıq vulkanlarının öyrənilməsi və ekoloji məsələlərin həlli zamanı qamma-spek­tro­metrik üsulların geniş tətbiqi qöstərilmişdir.
CƏNUBİ-XƏZƏR HÖVZƏSİNİN PALÇIQ VULKANLARININ MƏKAN-ZAMAN PAYLANMASI QANUNAUYĞUNLUQLARI YENİ TEKTONİK KONSEPSİYA BAXIMINDAN

CƏNUBİ-XƏZƏR HÖVZƏSİNİN PALÇIQ VULKANLARININ MƏKAN-ZAMAN PAYLANMASI QANUNAUYĞUNLUQLARI YENİ TEKTONİK KONSEPSİYA BAXIMINDAN

(Ad.A.Əliyev, Ə.Ə.Bayramov) #35 (2007)


Xülasə
 
 
Ceyrankeçməz-Cənubi Xəzər hövzəsinin avtoxton, paravtoxton və alloxton tektonik strukturlarındakı palçıq vulkanları və palçıq vulkanı təzahürlərinin məkan-zaman paylanmasının səciyyəvi cəhətləri, onların əmələgəlməsi və fəaliyyəti alp tektonik tsiklinin orogen mərhələsinin qırışıqlıq (ştriy, attiy, valax və ron) fazaları ilə əlaqədardır. Müəyyən edilmişdir ki, palçıq vulkanlarının ayrı-ayrı tektonik strukturlar çərçivəsində müstəqilliyi və təmərküzləşməsi onların təzahürünün xüsusiyyəti, püskürmə paroksizminin ardıcıllığı və fasiləliyi ilə əlaqədardır. Avtoxtona aid palçıq vulkanlarının yerləşdiyi en dairəsi istiqamətli antiklinal zonalar quru ərazidən Cənubi Xəzər akvatoriyasina izləndiyi aşkarlanmışdır.