Ana Səhifə / Haqqımızda / Atlaslar və xəritələr

Atlaslar və xəritələr

Xəzər dənizinin Palçıq vulkanlarının xəritəsi (tamamlanmış, 1995)

Xəzər dənizinin Palçıq vulkanlarının xəritəsi (tamamlanmış, 1995)

Azərbaycanın litoloji –paleocoğrafi xəritəsi (2003)

Azərbaycanın litoloji –paleocoğrafi xəritəsi (2003)

  • İcraçı:


AMEA-ın Geologiya İnstitutu
AMEA-ın Coğrafiya İnstitutu
Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi.
Azərbaycan Dövlət Neft Şirkəti.
Azərbaycan Dövlət Neft Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutu (AZNIPNEFT)
Azərbaycan Elmi-Tədqiqat Geofizika İnstitutu
Bakı Dövlət Universiteti

  • Nəşr olunduğu il: 2003
  • Tom:1

İZAHAT VƏRƏQİ

AMEA-nın Geologiya və Coğrafiya İnstitutlarının aparıcı alim və mütəxəsisləri , Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi , Azərbaycan Dövlət Neft Şirkəti, Neft Sənayesinin Dövlət  Elmi-tədqiqat və Layihə İnstitutu (AZMPINEFT), Azərbaycan Elmi-Tədqiqat Geofizika İnstitutu və Bakı Dövlət Universiteti ilə birgə olaraq miqyası 1:1000 000 olan “Azərbaycanın Litoloji –paleocoğrafi xəritələrinin Atlası” tərtib edilib. Bu nəşr nəhəng geoloji-geofiziki materialların və quyular üzrə göstəricilərin elmi analizinin nəticəsidir. Bura ilkin və orta Devondan ən gec 14 mərhələyədək ( Yeni Xəzər mərhələsi) intervalında 44 rəngli xəritə daxildir.


Hamısı birlikdə bu xəritələr Azərbaycan ərazisinin müxtəlif dövrlər və mərhələlərini xüsusi olaraq tipik bölmələri onları akkumilyasiya edən çöküntüləri, litoloji xüsusiyyətlərin və qalınlığın paleocoğrafi vəziyyətini əks etdirir. Hətta bəzi dövr və mərhələlərin relyefinin forması, geoloji struturlar, tektonik tullantılar, vulkanlar, buzlaqlar və s haqqında məlumatlar qeyd olunub.

Mərkəzi Avrasiyanın geoekoloji və palinspastiji litoloji-paleocoğrafi xəritələrinin atlası (2002)

Mərkəzi Avrasiyanın geoekoloji və palinspastiji litoloji-paleocoğrafi xəritələrinin atlası (2002)

  • İcraçı:


Qazaxıstan Respublikası
Rusiya Federasiyası
Çin Xalq Respublikası
Özbəkistan Respublikası
Qırğızıstan Respublikası
Azərbaycan Respublikası
Türkmənistan Respublikası
Tacikistan Respublikası.

  • Nəşr olunduğu il: 2002
  • Tom:1

İZAHAT VƏRƏQİ


Təqdim olunan nəşr TİS-in bir hissəsidir, o öz növbəsində Mərkəzi Avrasiyanın geoloji və palinspastiji   və litoloji –paleocoğrafi xəritələrinin Atlasına əsaslanıb. Bu atlas aşağıda göstərilən 8 ölkənin geoloji idarələri tərəfindən 1997-2007ci illərdə tərtib edilib. Qazaxıstan, Rusiya, Çin, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Azərbaycan.

Azərbaycanın məhsuldar qatının rezervuarlarının atlası (2000)

Azərbaycanın məhsuldar qatının rezervuarlarının atlası (2000)

  • İcraçı: AMEA Geologiya İnstitutu.
  • Nəşr olunduğu il: 2000
  • Tom: 1

İZAHAT VƏRƏQİ

 

Regionlar üzrə paylanan aşağı Pliosenin məhsuldar qatı (MQ) Azərbaycanın əsas neftqaz yatağıdır. Azərbaycanda çıxan neftin 95%-dən çoxu bu yatağın payına düşür ki, bu da əlverişli rezervuarların mövcudluğunun göstəricisidir. Elmi işçilər MQ qazılan quyuların aktiv zonalarında çoxlu sayda litoloji-mineraloji tədqiqatlar aparıblar.Geologiya İnstitutu Xarici neft kompaniyalar ilə birlikdə bir sıra yüksək keyfiyyətli şlifləri və bəzi çöküntü süxur tiplərinin litoloji petroqrafik xüsusiyyətlərini tədqiq edib. Eyni zamanda rentgennodifraktometdə və elektrik mikroskopunda çoxlu sayda tədqiqatlar aparıblar (gilli mineralların təyini). Bu MQ rezervuarının keyfiyyəti haqqında və onun məkanda xüsusiyyətinin dəyişkənliyi haqqında bizim biliklərimizin kifayət qədər artmasına imkan yaradır.