Ana Səhifə / Fəaliyyət / Neftqazlılıq perspektivliyinin qiymətləndirilməsi ilə əlaqədar Kür çökəkliyinin Azərbaycan hissəsinin dərində yatan çöküntülərinin hidrokimyəvi və termobarik zonallığı

Avtoreferatlar

Neftqazlılıq perspektivliyinin qiymətləndirilməsi ilə əlaqədar Kür çökəkliyinin Azərbaycan hissəsinin dərində yatan çöküntülərinin hidrokimyəvi və termobarik zonallığı

Rüstəmova Xumar Raid qızı

2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı
(2014)

Böyük dərinliklərdə axtarış işlərinin səmərəliliyi geoloji-geofiziki və hidrokimyəvi tədqiqatların elmi əsaslandırılmasından çox asılıdır.

Bu məqsədlə hidrokimyəvi zonallığın əmələ gəlmə şəraiti, vulkanogen çökmə süxurlarda suların formalaşmasında fiziki-kimyəvi proseslərin rolu aydınlaşdırılmışdır. Nəticədə dərində yatan çöküntü komplekslərində KH-nin formalaşması sxemi təklif olunur. Ayrı-ayrı sahələr üzrə tektonik aktivliyinin göstəriciləri hesablanmışdır. KH-nin dərinlik qırılmalarının kəsişdiyi yerlərdə toplanması müəyyənləşdirilmişdir.

Kür çökəkliyi üçün neftin başlanğıc generasiyası 1000C qəbul olunmuşdur və 1000C izotermin dərinliyinin dəyişməsini əks etdirən xəritə tərtib edilmişdir. İzotermin dərinliyinin 3-dən 6 km-ə qədər dəyişməsi əyilmənin və çöküntü toplanmanın sürəti, çökmə kompleksinin qalınlığı və yaşı, temperatur qradiyenti ilə əlaqədardır.

Aşağı Kür çökəkliyinin dərinlikdə yatan horizontlarında termobarik səddin yerləşdiyi dərinlik və onun katagenez zonaları ilə əlaqəsi hidrokimyəvi və fiziki-kimyəvi göstəricilərlə birlikdə müasir geofiziki texnologiyalarla dərinliklərdə yatan Tabaşir, Eosen və Alt Pliosen çöküntülərində neft-qaz yataqlarına aparılan axtarış işlərinin istiqaməti müəyyənləşdirilib. Yevlax-Ağcabədi çökəkliyində Tabaşir çöküntüləri üzrə perspektivli sahələr Kiçik Qafqazönü dərinlik qırılması ilə təmasda olan zonalarla əlaqədardır.

Kür və Qabırrı neftqazlı vilayətində yüksək perspektivli sahələr Tərsdəllər sahəsindən Kiçik Palantökən sahəsinə qədər uzanan qırılma zonası boyu yerləşirlər.

Eosen çöküntüləri üzrə perspektivli sahələr Muradxanlı - Əmirarx zonası ilə əlaqədardır.

Aşağı Kür çökəkliyində yüksək perspektivli sahələrə isə Kürovdağ, Qarabağlı qalxımlarında Məhsuldar qatın aşağı horizontları və onların altında yatan çöküntülər aiddir.