Ana Səhifə / Fəaliyyət / Cənubi Xəzər hövzəsinin çöküntü qatının təkamülü və neft-qazlılığı perspektivlərinin qiymətləndirilməsi

Avtoreferatlar

Cənubi Xəzər hövzəsinin çöküntü qatının təkamülü və neft-qazlılığı perspektivlərinin qiymətləndirilməsi

Abdullayev Nazim Rəsmi oğlu

2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Bu elmi iş üç ölçülü modellərdən istifadə etməklə Cənubi Xəzər hövzəsinin təkamülünü təhlil edir və tektonostratiqrafik şəraiti nəzərdən keçirir. Təhlil seysmik və quyu məlumatları və qalınlıq xəritələr və əsasında qurulmuş və burada çoküntü modelləşdirmədən istifadə olunmuşdur. Modelləşdirmə 3 regional profil üzrə aparılmışdır. Tədqiqat hövzədə toplanmış süxurların effektif həcm dəyişməsini, hövzəyə gətirilən süxurların təkamülü və onların böyük həcminin hövzənin kənarlarında denudasiyasını ilə əlaqələndirir. “Forvard” modelləşdirmə Cənubi Xəzər hövzəsində okean tipli yer qabığının mövcudluğunu təsdiq edir və Yura yaşı “spreding”(yayılma) və rift zonasının təxmini sərhədərini təyin edir və eyni zamanda baş verən subduksiya zonasının Abşeron astanası altında yerləşməsini göstərir. Fleksural bakstrippinq modelləşdirmə isə göstərir ki, Cənubi Xəzər hövzəsində gömülmə xarakteri Yura dövründə baş vermiş riftinq prosesinin nəticəsi olan termal gömülmə və Üçüncü dövrdə çöküntütoplanma nəticəsində baş vermiş gömülmə ilə izah oluna bilər. Lakin, bu gömülməyə səbəb olan heç bir xüsusi tektonik hadisə izlənilmir.

Geodinamik təkamülün modeli mövcud olan məlumatların sintezi nəticəsində qurulmuşdur. Model hövzənin gömülmə mexanizmini və çöküntülərlə dolmasını izah etməyə və hövzənin təkamülünü 5 tektonostratiqrafik mərhələyə ayırmağa imkan verir:
 
  1. Yura və Təbaşirdə spreding və termal gömülmə;
  2. Paleosendə-eosendə minimal çöküntütoplanma ilə müşayiət olunan passiv kənar mərhələsi;
  3. Müasir Oliqosen-Miosen drenaj sisteminin yaranması ilə müşayiət olunan konvergensiya, dağ sistemlərinin əmələgəlməsi və subduksiya mərhələsi;
  4. Pliosendə sürətli çöküntütoplanma və yüksək sürətli çökmə mərhələsi;
  5. Pleystosendə hövzədə kompressiya ilə müşayiət olunan sürətli çöküntütoplanması.

Çöküntülərin böyük hissəsi Oliqosen dövründən sonra toplanmışdır. Maksimal sedimentasiya sürəti alt Məhsuldar qat dövründə təsadüf etmişdir və 600-700 m/mln. ilə çatmışdır. Cənubi Xəzər hövzəsində çöküntülərin həcmi 775000 km3 -dan artıqdır və onun 40%-dən çoxunu Məhsuldar qat süxurları təşkil edir. Çöküntülərin hesablanmış həcmi və onların toplanma sürəti paleo-Volqanın, paleo-Amudəryanın, Mərkəzi Asiya və Qafqaz dağlarının qısa zaman ərzində (3-4 mln. il) drenaj sistemlərinin iri miqyaslı və sürətli denudasiyası ilə əlaqələndirilə bilər. Bu proseslər miosendə başlanmış və üst pliosen və pleystosendə böyük Qafqazın və Pamirin qalxması nəticəsində artmışdır. Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemlərinin təhlili onların dinamik olduğunu göstərir. Sürətli gömülmə və çökuntütoplanma yüksək təzyiqli gilli süxurlarda neftin generasiyası, miqrasiyası və akkumulyasiyasına imkan verir.

Cənubi Xəzər hövzəsinin çöküntü qatının və Yer qabığının qalınlığının dəyişməsi əsasında, hövzəni bir neçə perspektiv zonalara ayırmağa mümkündür:
 
  1. Abşeron-Balkhan zonası. Burada yerləşən neft yataqlarını təşkil edən çöküntülərin əksəriyyəti qərbdə paleo-Volqadan, şərqdə isə paleoAmudaryadan qaynağlanıblar.
  2. Cənubi Xəzər hövzəsinin qərb hissəsində çöküntülər Paleo-Volqadan qaynaqlanır. Burada Şahdəniz kimi yüksək lay təzyiqi şəraiti ilə xarakterizə olunan qaz kondensat yataqları yerləşir. Bu zonada əsasən qalın çöküntü qatı və okean tipli Yer qabığı mövcuddur.
  3. Aşağı Kür cökəkliyi. Burada çöküntülərin Paleo-Kürdən qaynaqlanması ilə əlaqədar olaraq, nəhəng neft-qaz yataqları mövcud deyil.
  4. Qərb Türkmən çökəkliyi. Burada böyük strukturlar mövcud deyil. Bu zonada əsasən qismən nazik çöküntü qatı və nisbətdən qalın Yer qabığı mövcuddur.
  5. Elbursyanı çökəkliyi. Bu zona qalın çöküntü qatı və nazik, okean tipli Yer qabığı ilə səciyyələndirlir. Suxurlar İran platosundan qaynağlanır.

Göstərilən tektonik zonalar arasında, ətraflı öyrənilmiş Abşeron-Balxanyanı zonası, axtarış-kəşfiyyat işləri aparılmaqda olan Cənubi Xəzər hövzəsinin qərb hissəsi, və az öyrənilmiş qərb Türkmən çökəkliyi ilə İran hissəsini neft-qaz baxımından perspektivli hesab etmək olar.