Ana Səhifə / Fəaliyyət / Nasos üsulu ilə işləyən quyuların səmərəli istismarı üçün qaz-hidrodinamik üsulların işlənməsi

Avtoreferatlar

Nasos üsulu ilə işləyən quyuların səmərəli istismarı üçün qaz-hidrodinamik üsulların işlənməsi

Qurbanova Türkan Heydər qızı

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı

Neft yataqlarının işlənməsində qazla mübarizədən nisbətən imtina etmək, qaz hasilatından texnologiyanı yaxşılaşdırmaq üçün istifadə məsələsi vacib problemlərdən biridir. Son illərə kimi nasos üsulu ilə işlədilən quyuların verdiyi neftin, suyun və mexaniki qarışığın miqdarına ciddi nəzarət olunubsa, lakin qazın hasilatına ciddi nəzarət edilməmişdir. Əvvəllər mədən neft yığım sistemi qapalı olmadığından quyuya daxil olan qazın yığımı təmin edilməyib, boruarxasına gedən və nasosa daxil olan lay qazı atmosferə buraxılırdı, yəni qaz itgisinə yol verilir və ətraf mühit çirklənirdi. Deməli, layın qaz hasilatından səmərəli istifadə, nasos üsulu ilə istismarın texnoloji göstəricilərini yaxşılaşdırma, qaz hasilatının və atmosferə buraxılan qazla gedən yüngül neft fraksiyalarının itməməsi, ətraf mühitin ekoloji təmizliyinin qorunması haqqında məsələlərin həllinin aktual məsələ olması şübhə doğurmur. Texniki ədəbiyyatdakı araşdırmalar bu sahədə müəyyən elmi-praktiki işlərin görülməməsini təsdiq edir.

Hazırda ARDNŞ-də lay qazının itgilərini azaltmaq məqsədi ilə qapalı neft yığımı sistemindən istifadə olunur. Nasos üsulu ilə istismar olunan quyuların lay qazı (nasosa daxil olan boru qazı və yüngül neft fraksiyaları ilə zəngin olan boruarxası qazlar) yığım məntəqəsinə verilir. Lakin laydan qazın hansı miqdarda götürülməsinə, yəni nasos üsulu ilə istismar texnologiyasını yaxşılaşdırmaq baxımından, lay qazının imkanlarından istifadəyə hazırda diqqət verilmir.

Təqdim edilən dissertasiya işi lay qazı hasilatının texnoloji imkanlarından istifadə məsələlərinin həlli mövzunun aktuallığını bir daha təsdiq edir.