Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 May 2022 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-nin FUTBOL KOMANDASI YARIMFİNAL UĞRUNDA YARIŞACAQ


11 may 2022-ci il

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 99-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ AMEA GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİNİN İNSTİTUTLARARASI VII FUTBOL ÇEMPİONATI DAVAM EDİR.

Geologiya və Geofizika İnstitutunun komandası aprelin 27-də Torpaqşünaslıq və Aqrokimya İnstitutunun komandası ilə keçirilən oyunda 11:2 hesablı qələbədən sonra mayın 4-də İnformasiya və Texnologiyalar İnstitutu ilə oyunda 4:3 hesablı, mayın 6-da Şamaxı Astrofizika Rəsədxanası ilə oyunda 6:3 hesablı və mayın 9-da Fizika İnstitutu ilə oyunda 5:0 hesablı qələbələrdən sonra 12 xalla qrup birincisi kimi dörddə bir finala vəsiqə qazanıb.

Dörddə bir finalda Geologiya və Geofizika İnstitutunun komandası İdarəetmə Sistemləri İnstitutunun komandası ilə yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. Oyun mayın 12-də saat 11.00-da başlayacaq.