Ana Səhifə / Xəbərlər

Xəbərlər

17 May 2022 Diqər xəbərlər Diqər xəbərlər

AMEA-nın GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİNİN VII İNSTITUTLARARASI FUTBOL ÇEMPİONATININ HƏLLEDİCI GÖRÜŞLƏRİ OLACAQ.


17 may 2022-ci il

Geologiya və Geofizika İnstitutunun futbol komandası 3-cü yer uğrunda mübarizə aparacaq.

Mayın 18-də AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının həlledici görüşləri olacaq.

Çempionatda İnformasiya Texnologiyaları İnstitutu ilə Geologiya və Geofizika İnstitutunun futbol komandaları 3-cü yer uğrunda mübarizə aparacaqlar.

AMEA-nın Rəyasət Heyəti ilə İqtisadiyyat İnstitutunun futbol komandaları qızıl medallar uğrunda üz-üzə gələcəklər. Çempionatın sonunda AMEA-nın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının mükafatlandırma mərasimi keçiriləcək.