Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 May 2022 Diqər xəbərlər Diqər xəbərlər

İNSTİTUTDA KOMİSSİYA İCLASI KEÇİRİLİB


27 may 2022-ci il

Geologiya və Geofizika İnstitutunda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbulla bağlı iddiaçıların sənədlərinə baxılması və qəbul imtahanlarına buraxılması, həmçinin elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul üzrə dissertasiya materialları ilə tanışlıq məqsədilə komissiya iclası keçirilib.

İnstitutun baş direktoru akademik Akif Əlizadənin sədr olduğu komissiyanın tərkibində akademiklər, AMEA-nın müxbir üzvləri, Geologiya və Geofizika İnstitutunun aparıcı elm mütəxəssisləri iştirak ediblər.

Akademik Akif Əlizadə tədbirdə gənclərə gələcək elmi-tədqiqat işləri üzərində ciddi işləmələrini tövsiyə etməklə yanaşı, Geologiya və Geofizika İnstitutunun qarşısında olduqca mühüm vəzifə olan tədqiqat işlərində fəal və məhsuldar fəaliyyət üçün mövcud imkanları diqqətə çatdırıb.

İclasda həmçinin elmlər doktoru üzrə sənəd təqdim etmiş iddiaçıların elmi mövzuları müzakirə olunub.