Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Jun 2022 Diqər xəbərlər Diqər xəbərlər

ELMİ SEMİNARDA GƏNC MAGİSTRANTIN ELMİ-TƏDQİQAT İŞİ MÜZAKİRƏ OLUNUB


02 iyun 2022-ci il

Gənclərin elmi-tədqiqat işləri ilə bağlı ixtisasartırma və onları istiqamətləndirmək məqsədilə Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində illik plana uyğun olaraq elmi seminar keçirilib.

Tədbirdə İnstitutun baş direktoru akademik Akif Əlizadə, icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanova iştirak ediblər. Akademik Akif Əlizadə magistr Nazim Əliyevin edəcəyi məruzənin belə geniş bir platformada müzakirəsini magistr dissertasiyası müdafiəsinə hazırlığa xidmət etdiyini, ümumiyyətlə bu səpkidə elmi tədbirləri yüksək qiymətləndirib, gənc alimlərə uğurlar arzulayıb.

Sonra İnstitutun “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası” şöbəsinin böyük laborantı Nazim Əliyev“ Cənub-Şərqi Abşeronda Qala lay dəstəsinin qumluluğu və qalınlığının dəyişməsi qanunauyğunluğu (neft-qazlılıqla əlaqədar)” adlı məruzəsi dinlənilib.

Təqdimat maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb, həmçinin gələcək alimə apardığı tədqiqatla bağlı tövsiyələr səsləndirilib.