Ana Səhifə / Xəbərlər

Xəbərlər

03 Jun 2022 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA-MİNERALOGİYA ELMLƏRİ DOKTORU RAHİD RƏHMANOV DÜNYASINI DƏYİŞİB

 
3 iyun 2022-ci il

Rəhmanov Rahid Ramiz oğlu 1936-cı ildə Bakıda doğulub. 1959 - cu ildə dağ-mədən müəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun Geolji-kəşfiyat fakültəsini bitirib. 1952-1961-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İnstitutunda işləyib.

1964-cü ildə Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi vəzifəsindən başlayaraq 2014-cü ilə qədər Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun aparıcı elmi işçisi vəzifəsinədək böyük əmək və elm yolu keçib. O həm də 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda baş elmi işçi kimi çalışıb. Palçıq vulkanizmi, neftli-qazlı rayonların geologiyası və quruluşu, neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı istedadlı alimin tədqiqat sahələri idi.

Rahid Rəhmanov elm dairəsində “Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları”(1978), “Azərbaycan, Türkmənistan və Cənubi Xəzərin palçıq vulkanları və neft-qazlılıq proqnozu” (1997) xəritələrinin tərtibçilərindən və izahat kitablarının müəlliflərindən biri kimi yaxşı tanınırdı.

1980-1990-cı illərdə SSRİ EA neft və qazın geologiyası və geokimyası problemləri üzrə Elmi Şurasının Qafqaz və Zaqafaziya Regional Komissiyasının elmi katibi və üzvü, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin üzvü Rahid Rəhmanov 100 dən çox məqalənin, 2 monoqrafiyanın , 4 monoqrafiyanın həmmüəllifi idi.

G-m. e.d. Rahid Rəhmanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!