Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Dec 2010 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCANIN FİLİZ YATAQLARINDA TƏBİƏTƏ ZİYAN VURMADAN METALLARIN ÇIXARILMA TEXNOLOGIYASININ TƏDQİQİ, İŞLƏNMƏSİ VƏ TƏTBİQİNƏ DAİR TƏDBİRLƏR PROQRAMI



Azərbaycan Respublikasının Nazirlər Kabineti



SƏRƏNCAM  No. 22s


Baki şəhəri, 23 yanvar 2008-ci il


Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:


1. “Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənməsi və tətbiqinə dair Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).



2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş Naziri


A. Rasi-zadə


Sərəncamı yüklə