Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Sep 2021 Diqər xəbərlər Diqər xəbərlər

“ANAS TRANSACTIONS, EARTH SCIENCES” ELMİ JURNALI YÜKSƏK REYTİNQ QAZANIB

 
15 sentyabr 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitutunda nəşr edilən “ANAS Transactions, Earth Sciences” elmi jurnalı nüfuzlu “Scopus” beynəlxalq məlumat bazasının indeksləşmə reytinqini qazanıb və nəşrə h-index (1) rəqəmi verilib.

Jurnalın yüksək dəyər alması çap olunan məqalələrin elmi mahiyyəti, məqalələrin beynəlxalq biblioqrafik standartlara uyğun tərtib olunması və ciddi resenziyadan keçməsi, məqalələrdə tədqiqatçıların elmi məhsuldarlığın uğurlu nümayişinə görə mümkün olmuşdur.

Xatırladaq ki, 1958-ci ildə təsis edilmiş “Xəbərlər. Yer elmləri” adlı jurnal 2018-ci ildən “ANAS Transactions, Earth Sciences” adı ilə nəşr edilmişdir. 2020-ci ildə jurnal nüfuzlu “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib.

Jurnalın redaktoru Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadədir.