Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Oct 2021 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC TƏDQİQATÇILARIN BEYNƏLXALQ ELMİ KONFRASI İŞİNİ UĞURLA BAŞA VURUB

 
11 oktyabr 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən online formatda təşkil olunmuş “Geologiya və geofizikada innovasiyalar” mövzusunda VIII beynəlxalq elmi konfrans cari ilin 8 oktyabrında öz işini uğurla sona çatdırdı.

“Nizami Gəncəvi İli”nə həsr olunmuş konfransın işində dünyanın 10 ölkəsindən 50-dən çox gənc məruzəçinin elmi tədqiqat işlərinin nəticələri dillənilib müzakirə edildi.

Bağlanış mərasimində İnstitutun direktoru akademik Akif Əlizadə konfransda iştirak edən gənclərə təşəkkür etdi. O, 16 il əvvəl belə konfransların təşəbbüskarı olduğu zaman doğru qərar verdiyini qeyd etdi. “Aktiv gənc alimlərin dialoqu, elmin qarşısında duran müasir problemləri həll etməyə hazır olan gənc liderlər nəslinin formalaşmasına kömək edir. Növbəti konfrans öz işini başa çatdırdı və biz növbəti IX konfrans proqramının əsasını təşkil edə biləcək yeni bir prioritet istiqamətin konturlarını müəyyənləşdirməliyik. Su qıtlığının dövrümüzün ən böyük problemlərindən biri olduğunu nəzərə alaraq, növbəti konfransın mövzusunu mən belə ifadə edərdim “Mineral / su resursları və alternativ enerji mənbələri””.

Elmi Təşkilat Komitəsinin sədri, akademik Əkpər Feyzullayev, Təşkilat Komitəsi adından konfransda iştirak etməyə razılıq verdiklərinə və hazırladıqları maraqlı elmi məruzələrə görə konfrans iştirakçılarına minnətdarlığını bildirdi. Onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladı və növbəti IX konfransda iştirak edəcəklərinə ümidvar olduğunu bildirdi.

Sonda müxtəlif ölkələri (Azərbaycan, Türkiyə, Misir, Gürcüstan) təmsil edən gənc tədqiqatçılar çıxış edərək konfransla bağlı öz təəssüratları ilə bölüşdülər və belə beynəlxalq tədbirin davam etdirilməsinin vacibliyini vurğuladılar.