Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Jun 2022 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də ATTESTASİYA KOMİSSİYASININ İKİ İCLASI KEÇİRİLİB


23 iyun 2022-ci il

Geologiya və Geofizika İnstitutunda elmlər və fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası ilə bağlı yaradılmış komissiya baş direktor akademik Akif Əlizadənin sədrliyi ilə iki iclas keçirib.

Birinci iclasda fəlsəfə doktorluğu üzrə hazırlıq keçən 7 doktorant və 3 dissertant attestasiya olunub. Attestasiya komissiyası doktorant və dissertantların fərdi iş planlarının yerinə yetirilməsi, minimum imtahanlarının verilməsi, məqalələrin yerli, xarici və impakt faktorlu nəşrlərdə çapı ilə bağlı, həmçinin onların dissertasiya işlərinin hazırlanmasında və gedişatında böyük əhəmiyyət kəsb edən çöl işlərində iştirak etmələrilə bağlı dialoq reallaşıb.

İkinci iclasda elmlər doktoru proqramı üzrə dissertanturada təhsil alan 7 dissertant dissertasiya mövzusunun planına və əsasnaməyə uyğun olaraq, dissertasiya işlərinin gedişatı haqqında komissiya üzvlərinə məlumat verib. Təqdimat zamanı məruzəçilər mövzularının struktur məzmunu və gələcək planları haqqında məlumatları da komissiyanın diqqətinə çatdırıblar.

Attestasiya zamanı işin gedişatında rast gəlinən bəzi çətinliklərin və problemlərin aradan qaldırılması üçün müəssisə rəhbərliyi tərəfindən lazım olan hər cür dəstəyin göstəriləcəyi bildirilib.