Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Oct 2021 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU İLƏ FRANSANIN MONTPELLİER İNSTİTUTU ARASINDA MEMORANDUM İMZALANIB


18 oktyabr 2021-ci il
 

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Fransanın Montpellier İnstitutu arasında memorandum imzalanıb. Razılaşma çərçivəsində elmi proqramların işlənməsi, birgə tədqiqatlar, mühazirələr, treninqlər və diskussiyaların keçirilməsi, tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi həyata keçiriləçək.

GGİ-də artıq “Holosen çöküntülərinin palinologiyası və geoxronologiyası” adlı birgə layihənin icrasına start verilib; Acınohur, Göygöl, Zəligöl ərazilərinə çöl-ekspedisiyası təşkil edilib. Tədbirdə Geologiya və Geofizika İnstitutunun “Paleontologiya və stratiqrafiya”, “Müasir geodinamika və kosmik geodeziya”, “Seysmologiya, geomaqnetizm və petrofizika” şöbələrinin elmi işçiləri y.e.f.d. Şəfəq Bayramova, doktorant İmran Muradi, y.e.f.d. Rafiq Səfərov və Fransanın Montpellier İnstitutunun əməkdaşları dr. Joannin Sébastien, doktorant Lukas Dugerdil iştirak edibrlər.