Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Oct 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ƏMƏKDAŞLARI DƏNİZDƏ VƏ QURUDAKI PALÇIQ VULKANALRINI TƏDQİQ EDİRLƏR

 
23 oktyabr 2021-ci il

Geologiya və Geofizika İnstitutu (GGİ) “Palçıq vulkanizmi” şobəsinin əməkdaşları – aparıcı elmi işçi, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və böyük laborant Aygün Bayramova Xəzər dənizində və sahilə yaxın yerləşən palçıq vulkanlarında bir neçə gündür ki, tədqiqat işləri həyata keçirirlər. Araşdırmalardan məqsəd İnstitutun doktorantı Aygün Bayramovanın dissertasiya işi ilə bağlı Xəzərdə yerləşən Xərə-Zirə, Zənbil və Qarasu, eyni zamanda, sahilyanı zonada qeydə alınan Hamamdağ, Bəndovan və Bahar kimi aktiv fəaliyyətdə olan palçıq vulkanlarının yer səthinə və atmosferə xaric etdikləri məhsulları (palçıq, su, neft və qaz) geoloji, mineraloji və geokimyəvi baxımdan tədqiq etmək, həmçinin vulkanların daxilində baş verən prosesləri, xüsusilə flüid-süxurun qarşılıqlı əlaqəsini müqayisəli şəkildə araşdırmaqdır.

GGİ əməkdaşlarının adıçəkilən vulkan sahələrindən gotürdükləri nümunələr üzərində analitik tədqiqatlar Avstriyanın Graz Texnologiya Universitetində həyata keçiriləcək. Gənc doktorantın həmin elm müəssisəsinə ezam olunması da planlaşdırılır.