Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Feb 2022 Diqər xəbərlər Diqər xəbərlər

RƏFİQƏ SƏMƏDOVA DÜNYASINI DƏYİŞİB

 

14 fevral 2022-ci il
 
Geologiya və Geofizika İnstitutu “Filiz-maqmatik sistemləri” şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Rəfiqə Səmədova dünyasını dəyişib.

Rəfiqə Əhməd qızı Səmədova 1936-cı ildə Bakı şəhərində doğulub. 1960-cı ildə dağ-mədən mühəndis geoloqu ixtisası üzrə Azərbaycan Sənaye İstitutunu bitirib. 1985-ci ildə “Böyük Qafqazın cənub yamacının Vəndam zonasının təbaşir vulkanizmi ” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Onun Böyük Qafqazın cənub yamacının Vəndam zonasının maqmatik çöküntülərinin yaş və farmasiya sistematikasını apardığı və əldə etdiyi nəticələr palevulkanoloji xəritələrinin və “Azərbaycanın maqmatizim və metomorfizim” xəritəsinin qurulması üçün əsas olub.

R.Səmədova Geologiya və Geofizika İnstitutunda tematik plan üzrə yerinə yetirilən “1970-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi” mövzusunda elmi-tədqiqat işinin istiqamətlərindən biri olan “Petrologiya, litologiya, geokimya, mineralogiya və petroqrafiya”nın əsas icraçılarından biri kimi tanınır.

Alim 50-dən çox çap olunmuş əsərin müəllifi və bir monoqrafiyanın həmmüəllifidir.

İstedadlı alim Rəfiqə Səmədovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!